Universitetin elmi-pedaqoji heyəti hesabat ilində ''Əhalinin sağlamlığının qorunması'' haqqında Azərbaycan Respublikası qanununu yerinə yetirərək təbabət sahəsində 10 problem üzrə elmi - tədqiqat işləri aparmışdır.
| İXTİSASIN ADI |
ETİ-NİN MİQDARI |
| Cərrahiyyə üzrə |
15 |
| Terapiya üzrə |
12 |
| Pediatriya üzrə |
6 |
| Nevrologiya və psixiatriya üzrə |
3 |
| Gigiyena və peşə xəstəlikləri üzrə |
4 |
| Nəzəri fənlər üzrə |
14 |
| Epidemiol., mikrobiol. və yoluxucu xəstəliklər üzrə |
3 |
| Stomatologiya üzrə |
5 |
| Əczaçılıq və kimya üzrə |
5 |
| Hərbi tibb üzrə |
1 |
2004-cü ildə 4 ETİ tamamlanmış və 64 iş 2005-ci və sonrakı illərə keçirilmişdir.
| MÖVZUNUN ADI |
İCRAÇILAR |
| DÖVLƏT SİFARİŞLİ ETİ |
| Qarın boşluğunda aparılan Cərrahi əməliyyatdan sonrakı dövrdə inkişaf etmiş pankreatitlərin patogenezinin bəzi məsələləri |
Elmi tədqiqat mərkəzi (ETM) |
| Endogen intoksikasiya sindromu zamanı qara ciyərin morfofunksional vəziyyətində baş vermiş dəyişikliklərin patogenezinin bəzi məsələləri və selektiv hepatotrop müalicənin optimallaşdırılması |
ETM |
| Hipoksiya əleyhinə və bronxolitik dərman maddələrinin axtarışı. Yeni preparatların farmakoloji xüsusiyyətlərinin mənimsənilməsinin və təhlükəsizliyinin aşkarlanması |
ETM |
| Hemoqlobinopatiyalar və onların birgə formalarının yaranmasında irsi və ekoloji faktorların rolunun tədqiqi |
''Hüceyrə patologiyasının biokimyası'' PETL |
| Beyin yarım kürələri qabığının törədilmiş potensialının xolinergik və adrenergik mexanizmləri |
''Neyrofiziologiya və funksional neyrokimya'' PETL |
| İnsan tüklərinin bəzi xüsusiyyətlərinin məhkəmə-tibbi və klinik diaqnostik aspektdə tədqiqi |
Tüklərin tədqiqinə aid PETL, məhkəmə təbabəti kafedrası Rusiya məhkəmə tibbi ekpertiza mərkəzi |
| XARİCİ KOMPLEKSLƏŞDİRMƏ ƏSASINDA ETİ |
| Ağ ciyərlərin müxtəlif səpələnmiş xəstəliklərində immunoloji, biokimyəvi, funksional göstəricilərin öyrənilməsi və bu metodların maqnit rezonans tomoqrafiya metodu ilə müqayisəli qimətləndirilməsi |
Ağ ciyər xəstəlikləri kafedrası, ET Ag ciyər xəstəlikləri İnstitutu |
| Yumşaq toxuma sarkomalarının erkən diaqnostika və müasir kombinəolunmuş və kompleks müalicə üsullarının işlənib hazırlanması |
Onkologiya kafedrası, Rusiya Milli Onkologiya Mərkəzi |
| Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, diaqnostikası, müalicəsi və proqnozlaşdırılmasında müasir müayinə metodlarının kompleks tətbiqi. |
Onkologiya kafedrası, Bakı ş. Onkoloji dispanseri |
| Bədxassəli şişlərin erkən diaqnostikası və proqnozunda parakrin və immunhumoral faktorların kliniki əhəmiyyəti |
Onkologiya kafedrası, Bakı ş. Onkoloji dispanseri |
| Azərbaycan Respublikasında çıxan, tərkibində silisium mikroelementi olan suların təhlili |
Fizioterapiya kursu, ET Tibbi Bərpa İnstitutu |
| Kardio-vaskulyar zədələnmələri zamanı mübadilə pozğunluqlarının xüsusiyətləri və onların korreksiya prinsipləri |
1-ci uşaq xəstəlikləri kafedrası, RTEA-nın ET Pediatriya İnstitutu |
| Vəzilərin anatomo-funksional quruluşunun yaş və müqayisəli aspektləri və onların innervasiya və qan təchizatının xüsusiyyətləri |
İnsan anatomiyası kafedrası, İ.M.Seçenov adına Moskva Tibb Akademiyası |
| Ali sinir fəaliyyətinə təsir göstərən klassik və yeni sintetik birləşmələrin bronxial astma və bronxoobstruktiv gedişli ağ ciyər və tənəffüs yolu patologiyalarında istifadə olunan dərman maddələrinin müqayisəli farmakoloji tədqiqi. |
Farmakologiya kafedrası, RTEA ET Farmakologiya İnstitutu |
| Daxili kompleksləşdirmə əsasında ETİ |
| Həzm sisteminin cərrahi xəstəlikləri |
1 cərrahi xəst., uşaq cərrah., Ümumi cərrah., pediatriya fakültəsinin cərrahi xəst. kafedraları |
| Azərbaycanda uşaq ölümünün səbəbləri və onun qarşısının alınması. |
1, 2 uşaq xəst., neonatologiya, uşaq yoluxucu xəstəlik., uşaq xəst. propedevt. 2-ci MPF-nin uşaq xəst. kafedraları |
| Əhalinin sağlamlığının formalaşmasının sosial, gigiyenik və ekoloji əsasları. |
Ümumi gigiyena və ekologiya, qid. və kom. gigiyena, uşaq və yeniyetmələrin gigiyenası, əmək gig., sosial gigiyena və səhiyyən. təşkili kafedrası. |
| Diş xəstəlikləri - kariyes və ağırlaşmaları. Parodont xəstəlikləri |
MPF, pediatriya, Tibbi-profilaktika fakültələri üçün stomatologiya, ağız, üz-çənə cərrahiyyəsi, terapevtik, ortopedik və uşaq stomatologiya kafedraları |
| Təbii, sintetik bioloji fəal maddələr və metalkompleks birləşmələrin tədqiqi, dərmanların marketinqi, alınma və standartlaşma üsullarının təkmilləşdirilməsi. |
Əczaçılıq kimyası, farmakoqnoziya və botanika, əczaçılığın texnologiyası və təşkili, ümumi və toksikoloji kimya, biofiziki və bioüzvü kimya kafedraları |