Axtarış:
Elmi Tədqiqat > Disertasiyalar

     N 03.013 Dissertasiya Şurasının 2004-cü ildəki fəaliyyəti haqqında
HESABAT

     Dissertasiya Şurası fəaliyyətinə Azərbaycan Respublikası Prezidenti yanında AAK sədri akademik A.Ş.Mehdiyevin 17 fevral 2003-cü il tarixli 43 N-li əmri əsasında B/N 076.01.03 Birdəfəlik Şura kimi başlamışdır. AAK sədrinin 25 aprel 2003-cü ildə verilmiş 96 N-li əmrinə əsasən birdəfəlik şura əsasında N 03.013 stasionar Dissertasiya Şurası təşkil edilmişdir. 23 aprel 2004-cü il tarixdə AAK sədri akademik A.Ş.Mehdiyevin verdiyi 107 N-li əmr əsasında Şuraya 2 nəfər mütəxəssis əlavə edilmişdir. Hazırda Dissertasiya Şurasının təsdiq edilmiş daimi üzvlərinin sayı 23 nəfərdir.
     Dissertasiya Şurasına aşağıdakı ixtisaslar üzrə dissertasiya işlərini qəbul etməyə icazə verilmişdir:
     14.00.02 – "İnsan anatomiyası»
     14.00.16 – "Patoloji fiziologiya»
     14.00.17 – "Normal fiziologiya»
     14.00.25 – "Farmakologiya»
     2004-cü il ərzində Dissertasiya Şurasının 15 iclası keçirilmişdir. Şura üzvlərinin əksəriyyəti keçirilən iclasların 50%-dən artığında iştirak etmişdir. Bu baxımdan yalnız ə.e.x., prof. D Y.Hüseynov və t.e.d. Ş.Ə.Rəhimova müstəsnalıq təşkil etmişdir.
     Hesabat ilində N 03.013 Dissertasiya Şurasında aşağıdakı dissertasiya işlərinə baxılmışdır:
     1. Talışinskaya M.B. "Reanimasiyadan sonrakı bərpa dövründə orqanizmin immun və hemolimfokoaqulyasiya pozğunluqlarının korreksiyası». 14.00.16 – "Patoloji fizologiya» ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     İşin məqsədi – reanimasiyadan sonrakı bərpa dövründə hemolimfokoaqulyasiya sistemində törənən dəyişikliklərin inkişafında immun mexanizmlərdəki pozğunluqların öyrənilməsi əsasında adekvat korreksiya üsullarının seçilməsi olmuşdur. İş eksperimental şəraitdə 139 adadovşanı üzərində aparılmışdır. Klinik ölüm modeli yaradıldıqdan 3 dəq. sonra V.A.Neqovski üsulu ilə reanimasiya tədbirləri aparılmışdır. Təcrübələrdən aydın olmuşdur ki, klinik ölüm modeli yaradılan (kontrol qrupu) heyvanlarda immun sistemdə disfunksiya törənir, qanın və limfanın laxtalanma sistemində fazalı dəyişiklik (yayılmış damardaxili laxtalanma sindromu) baş verir. T-limfositlərin sayının azalması dövr edən immun komplekslərin (DEİK) qatılığının artması və plazmanın komplementar aktivliyinin azalması ilə, həmçinin hiperkoaqulyasiya ilə müşayiət olunur. Müalicə prosesində heparin-nikotin turşusu qarışığı almış heyvanlarda tədqiqatın erkən mərhələsində immunitet göstəriciləri dəyişmir; laxtalanma, əks-laxtalanma və fibrinoliz (LƏF) sistemi ilk vaxtlar dəyişikliyə uğramır, təcrübənin sonunda isə əks istiqamətli dəyişikliklərə uğrayır. İmmun sistemi korreksiya etmək üçün qlisiram verilmiş heyvanlarda ilk vaxtlarda immun və LƏF sistemlərində dəyişiklik olmur, təcrübələrin son dövrlərində isə immun sistem göstəricilərinin korreksiyası fonunda LƏF sistemi də normallaşır. LƏF sisteminin normallaşması fonunda limfa axınının sürəti artır. Bunun nəticəsində heyvanlarda endotoksikoz əlamətləri zəifləyir və ölüm faizi azalır.
     2. Xanım Aydın qızı. "Ftiziopulmonologiya praktikasında İnsanov bronxolitiki və digər fitopreparatların müqayisəli farmakoloji effekti». 14.00.25 – "Farmakologiya» ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Dissertasiya işi İnsanov bronxolitikinin və bəzi digər bronxolitik təsirli fitopreparatların farmakoloci təsir xüsusiyyətlərinin müqayisəli şəkildə öyrənilməsinə həsr edilmişdir. Tədqiqatdan aydın olmuşdur ki, İnsanov bronxolitikinin hər iki forması (şirə və suda həll olan dənəciklər) desensibilizasiyaedici və immunomodulyasiyaedici aktivliyə malik hipoksiya əleyhinə dərman preparatı kimi tövsiyə edilə bilər. Yeni preparat mediator və bioenergetik prosesləri normallaşdırır, orqanizmin hipoksiyaya qarşı adaptasiya imkanlarını artırır, bronx-ağciyər sisteminin aerasiyasını gücləndirir və membransabitləşdirici təsir göstərir. Tədqiqatın nəticələri İnsanov bronxolitikinin ftiziopulmonologiya praktikası üçün böyük əhəmiyyətə malik preparat olduğunu sübut edir.
     3. Əsədova Yeganə Məcid qızı. "İnsanovin orijinal Vətən preparatının eksperimental və klinik öyrənilməsi». 14.00.25 – "Farmakologiya» ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Tədqiqat işi bronxolitik təsirli kombinəolunmuş "İnsanovin» preparatının neyrofarmakoloji, neyrokimyəvi və immunoloji təsirinin öyrənilməsinə həsr edilmişdir. Tədqiqatdan aydın olmuşdur ki, preparatın noradrenergik sistemə təsiri selektiv xarakter daşıyır və əsasən postsinaptik lokalizasiyalı β-adrenergik strukturlara yönəlmiş olur. İnsanovinin neyrokimyəvi təsirinin eksperimentdə öyrənilməsi bronxoobstruktiv xəstəliklərin patogenezində beynin dofaminergik strukturlarının mühüm rolu olduğunu göstərir. Sübut edilmişdir ki, İnsanovin preparatı yaddaş prosesinə müsbət təsir göstərir, bundan əlavə preparatın immunotrop aktivliyə malik olduğu aşkara çıxarılmışdır.
     4. İbrahimov Rəşad İbrahim oğlu. "Pirrolinopiridin törəmələrinin sintezi və bioloji fəallığı». 15.00.02 – "Əczaçılıq kimyası və farmakoqnoziya» ixtisası üzrə əczaçılıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Dissertasiya işi Pirrolinopiridin törəmələrinin sintezinə, bioloji fəallığının araşdırılmasına və onların kimyəvi quruluşu ilə bioloji fəallığı arasındakı qarşılıqlı əlaqənin aydınlaşdırılmasına həsr edilmişdir. Pirrolinopiridin törəmələrinin bir sıra növləri ilk dəfə sintez edilmişdir. Pirrolinopiridin törəmələrinin farmakoloji tədqiqat üçün yararlı olan suda həll edilə bilən formalarını almaq məqsədilə 2-metoksikarbonil-alkil-4-metil-6-alkil-3-oksopirrolinlə [3,4-s] piridinin natrium-hidroksidlə reaksiyası öyrənilmişdir. Sintez edilmiş maddələrin bioloji fəallığı tədqiq edilərkən onlar arasında antikoaqulyant, sedativ, kataleptogen, miorelaksant və antihipoksik xassəli birləşmələr aşkar edilmişdir. Onların kimyəvi strukturu ilə farmakoloji təsirləri arasında qanunauyğunluq olduğu aşkara çıxarılmışdır.
     5. Məmmədov Fuad İlham oğlu. "İmidazol qrupu dərman maddələrinin azotörəmələrinin kompleks əmələgətirmə xassələrinin tədqiqi və onların əczaçılıq analizində tədbiqi». 15.00.02 – "Əczaçılıq kimyası və farmakoqnoziya» ixtisası üzrə əczaçılıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Dissertasiya işi imidazol qrupu dərman maddələrinin azotörəmələrinin kompleks əmələgətirmə xassələrinin öyrənilməsinə həsr edilmişdir. Aydın olmuşdur ki, dakarbazinin əmələ gətirdiyi monoazotörəmə bəzi metal ionları ilə kompleks birləşmə törədir. Bu kompleks spirt (4:1) mühitində civə (2+) ionları ilə 2:1 molyar nisbətdə rəngli kompleks əmələ gətirir. Reaksiyanın gedişi üçün optimal şərait aşkar edilmişdir. İlk dəfə olaraq, simetidinin azotörəməsi sintez edilmiş və aydınlaşdırılmışdır ki, bu törəmə mis (2+) ionları ilə 2:1 molyar nisbətdə spirt (4:1) mühitində rəngli kompleks əmələ gətirir. Dakarbazin və simetidinin eynilik və miqdari analizi üçün xromogen reaksiyalardan istifadə etməyin mümkünlüyü sübut edilmişdir. Merkazolil üçün n-nitroanilin vasitəsilə rəngli azotörəmə əmələgətirmə reaksiyası təklif edilib. Bu reaksiya əsasında merkazolilin fotokalorimetriya üsulu ilə miqdari təyini metodikası hazırlanıb.
     6. Hacıyeva Sevinc İbrahim qızı. "Normal və ekstremal şəraitdə müsariqə limfa düyünlərinin morfofunksional vəziyyətinin tənzimlənməsində hipotalamusun rolu». 14.00.16 – "Patoloji fiziologiya» ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Dissertasiya işində normal və peritoneal intoksikasiya şəraitində hipotalamus nüvələrinin mezenterium limfa vəzilərinə təsiri öyrənilib. Eksperimentlər 6 qrupa bölünmüş 64 baş "Şinşilla» cinsindən olan adadovşanı üzərində aparılıb. Mezenterium arteriyalarının morfofunksional vəziyyəti makro- və mikroskopik parametrlər əsasında qiymətləndirilib. Limfa düyünlərinin qanla təchizedilmə səviyyəsi və burada iri, orta və kiçik limfositlərin miqdarı öyrənilib. Bu parametrlər intakt heyvanlarda və hipotalamusun müxtəlif nüvə qruplarının qıcıqlandırılması şəraitində tədqiq edilib. Aydın olmuşdur ki, hipotalamusun arxa nüvələrinin stimulyasiyası limfa vəzilərinin funksiyasını aktivləşdirir və peritoneal intoksikasiyanın aradan qaldırılmasına yönəlmiş reaksiyaları stimulyasiya edir. Lakin hipotalamusun lateral və ön nüvələrinin qıcıqlandırılması mezenterium limfa düyünlərinin funksiyasını zəiflədir. Bu dəyişikliklər peritonitin toksik fazasında daha dərin şəkildə təzahür edir.
     7. Əliyev Natiq Avıl oğlu. "Azərbaycan Respublikasında dopinq nəzarətinin təşkilinin öyrənilməsi və bitki mənşəli bəzi qeyri-dopinq vasitələrinin tədqiqi». 15.00.01 – "Dərmanların texnologiyası, əczaçılıq işinin təşkili» ixtisası üzrə əczaçılıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Dissertasiya işinin məqsədi – müasir kompleks metodik yanaşma ilə dopinq və qeyri-dopinq vasitələrinin öyrənilməsindən və onların dövlət səviyyəsində tənzimlənmə mexanizmlərinin araşdırılmasından ibarət olmuşdur; dopinqlərin çeşidi, yayılması, onlarla zəhərlənmələr, idmanda tətbiqi araşdırılmışdır. Ümumdünya Antidopinq Agentliyinin vacib sənədləri ardıcıl araşdırılmış və yerli səviyyədə antidopinq mübarizəsinin təşkili qaydaları təklif edilmişdir. Azərbaycan üçün ilk dəfə olaraq, xüsusi "Antidopinq proqramı» layihəsi tərtib edilib. İdmançıların fiziki iş qabiliyyətini artırmaq məqsədilə müxtəlif vasitələr və metodlar öyrənilib. Azərbaycanın qiymətli dərman xammalı olan çılpaq biyan bitkisindən alınan qlisiram preparatının antihipoksant və immunokorrektor təsirləri könüllü idmançılarda öyrənilib və idmançıların fiziki gərginliyə dözümlülüyünü korreksiya etmək məqsədilə təklif edilib. İlk dəfə olaraq, idmanda istifadəsi mümkün olan dərman bitkilərinin, bitki mənşəli ofisinal preparatların, nutriseptik və homeopatik vasitələrin siyahısı tərtib edilib.
     8. İbrahimov Anar Şəmistan oğlu. "Kraniometrik göstəricilərə görə insan bədəninin uzunluğunun təyini mümkünlüyünün öyrənilməsi və onun məhkəmə-tibbi əhəmiyyəti». 14.00.24 – "Məhkəmə təbabəti» ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Tədqiqat işində kəllə ölçülərinə görə insan bədəninin uzunluğunun müəyyənləşdirilməsinin mümkünlüyü və buna əsasən şəxsiyyətin identifikasiyası imkanları araşdırılmışdır. Hər kəllədə 120 kraniometrik əlamət öyrənilmişdir. Kəllələrin məxsus olduğu insanların boy uzunluğu qabaqcadan məlum idi. Korrelyasion analizin nəticələri göstərmişdir ki, kişilərdə təhlil edilən 120 göstəricidən 68-nin, qadınlarda isə 67-nin bədənin uzunluğu ilə korrelyasiya əmsalları reqression tənliklər qurmaq üçün əlverişlidir. Bu göstəricilərə əsasən 71 xətti reqressiya tənliyi hazırlanmışdır. Tənliklərin əksəriyyətində standart kənaraçıxma 4,5 sm-ə bərabərdir və bu tənliklərdən şəxsiyyətin identifikasiyası ekspertizalarında istifadə etmək mümkündür.
     9. Nəbiyeva Elya Məmmədbağır qızı. "Südəmər dövrdə qidalanmanın xarakterindən asılı olaraq endokrin-metabolik funksiyaların formalaşması». 14.00.14 – "Normal fiziologiya» ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Tədqiqat işinin məqsədi – yeniyetmə və gənclərdə endokrin-metabolik və reproduktiv sistemlərin formalaşmasının körpəlik dövründəki qidalanmanın xarakterindən asılılığını müəyyənləşdirmək olmuşdur. Tədqiqatlardan aydın olmuşdur ki, körpəlik dövründə ana südündən məhrum olan və süni qidalandırılan qızlarda tireoid sistemin funksiyası zəif olur, bəzi qızlarda isə hətta subklinik hipotiroidizm əlamətləri müşahidə edilir: bu qızlarda hiperxolesterinemiyaya, piylənməyə və ürək-damar sistemi patologiyasına meyl olur. Südəmərlik dövründə süni qidalandırılmış qızlarda reproduktiv fəaliyyət zəif sürətlə formalaşır, onlarda ovarial tsikl ana südü ilə qidalanmış qızlardakına nisbətən orta hesabla 10 ay gec başlayır, 21% qızlarda isə ovarial tsikl hətta 16-17 yaşlarda başlayır. Bu qızlarda şəkərli diabetə irsi meyli olanlar arasında qanda qlikozilləşmiş hemoqlobinin səviyyəsinin yüksəkliyinə ana südü ilə qidalandırılan qızlardakına nisbətən 3 dəfə çox rast gəlinir.
     10. Sənəd Məhəmməd Zain Əli. "Postnatal ontogenezdə beyin şöbələrində QAYT sisteminə antidiuretik maddələrin təsiri». 03.00.04 – "Biokimya» ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Tədqiqat işi beyin şöbələrində qammaaminyağ turşusu sisteminə bəzi andidiuretik maddələrin təsirinin öyrənilməsi olmuşdur. Postnatal ontogenezin ilkin dövrlərində erkək ağ siçovulların beyinlərinin müxtəlif şöbələrində toxuma və mitoxondrial fraksiyaların tərkibində QAYT sisteminin müxtəlif komponentlərinin və sərbəst qlutamin və asparagin turşularının miqdarının oksitosin, pituitrin və prozerin təsirindən dəyişmələri tədqiq edilmişdir. Müəyyənləşdirilmişdir ki, bu maddələr beyin şöbələrində QAYT-ın və onun sintezində iştirak edən QDK fermentinin səviyyəsini aşağı salır, Qlu- və Asp-ın miqdarını artırır. Bu zaman QAYT-T fermentinin fəallığı normaya nisbətən xeyli artır. Tədqiqatın nəticələrinə əsasən gecə enurezi zamanı müalicə məqsədilə qlutamin turşusundan istifadə edilməsi tövsiyə edilir.
     11. Orucov Müşfiq Teyyub oğlu. "Görmə sinirinin gedişi boyu qişa, damar və sinir elementlərinin histotopoqrafik və ultrastruktur quruluş xüsusiyyətləri». 03.00.25 – "Histologiya, sitologiya və hüceyrə biologiyası» ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün.
     Tədqiqat işi görmə sinirinin kəllədaxili, kanaldaxili, gözyuvası və gözdaxili hissələrində qişa, damar və sinir elementlərinin histotopoqrafik və ultrastruktur quruluş xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılmışdır. Tədqiqatdan aydın olmuşdur ki, görmə siniri qişa və qişalararsı boşluqların histotopoqrafiyasına, akso- və vazoqlial qarşılıqlı əlaqələrinə görə digər kəllə-beyin və onurğa beyni sinirlərindən kəskin fərqlənir. Bu sinirə mərkəzi sinir sisteminin ağ maddəsi üçün xarakterik olan bütün əlamətlər xasdır. Görmə sinirinin tərkibində iki damar toru: periferik (dural) və kötükdaxili (endonevral) vardır. Görmə sinirinin kötüyü və beynin yumşaq qişası vahid (kötükdaxili) damar toruna malikdir. Sinirin bütün gedişi boyu venoz qan laminar hissədə torlu qişanın mərkəzi venasını qəbul edən və göz almasının ağlı qişasının venoz sinuslarına açılan venoz kollektora yığılır. Sinirin subaraxnoidal bucağı nahiyəsində beyin-onurğa beyni mayesinin cərəyanı və reabsorbsiyasında postlaminar hissənin çoxsaylı kapillyar və postkapillyar venulaları, skleranın venoz sinusları ilə sıx əlaqəsi olan likvordaşıyıcı kanallar və görmə sinirinin ümumi venoz kollektoru iştirak edir.
     N 03.014 dissertasiya şurasının 2004-cü ildəki işi haqqında
H E S A B A T

     Azərbaycan Tibb Universitetinin nəzdnindəki N 03.014 Dissertasiya Şurası Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Koissiyasının 25 aprel 2003-cü il tarixli 98 nömrəli əmri ilə təsdiq edilmişdir.
     Dissertasiya Şurasına namizədlik dissertasiyalarının müdafiəsi üçün aşağıdakı ixtisaslar üzrə dissertasiyaların qəbul edilməsinə icazə verilmişdir:
     03.00.07 – « Mikrobiologiya» – tibb elmləri üzrə;
     14.00.07 – «Gigiyena» – tibb elmləri üzrə;
     14.00.10 – «Yoluxucu xəstəliklər» - tibb elmləri üzrə;
     14.00.30 - «Epidemiologiya» - tibb elmləri üzrə;
     Hesabat dövründə Disertasiya Şurasının 10 iclası keçirilmişdir.
     Şuranın bütün iclaslarının yarısından azında iştirak edən olmamışdır.
     Hesabat dövrü ərzində Şurada aşağıdakı dissertasiya işlərinə baxılmışdır:
     1. Çobanov Kamil Ənvər oğlu tərəfindən 14.00.30 «Epidemiologiya» ixtisası üzrə «Bakı şəhəri şəraitində şəhərətrafı donuzçuluğun intensivləşdirilməsi zamanı balantidiazun profilaktikasının epizooto-epidemioloci əsasları» mövzusunda biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu respublikanın donuzçuluğun inkişaf etdiyi regionla-rında heyvandarlığın mühüm problemi olan balantidiaz probleminə həsr olunmuşdur. İş ATU-nun tibbi biologiya və genetika kafedrasının elmi-tədqiqat planı çərçivəsində yerinə yetirilmişdir. Aparılan tədqiqatlar nəticəsində donuzçuluq qəsəbələrində və onların hüdudlarından kənarda əhalinin balantidiazla yoluxma riskinin dərəcəsi və invaziya ilə yoluxmada donuz ətinin, onun məhsullarının epidemioloci əhəmiyyəti müəyyənləşdirilmişdir. İşlənib hazırlanmış balantidiaz əleyhinə tədbirlər kompleksinin davamlı sağlamlaşdırıcı effekti müəyyən edilmişdir.
     Dissertasiyanın yerinə yetirilməsi zamanı alınan nəticələrin sahələrarası səviyyədə – tibb və baytarlıq sahələrində istifadə edilməsi və onların geniş tətbiq edilməsi tövsiyə olunmuşdur.
     2. Təhməzli Qoşqar İlahi oğlu tərəfindən 14.00.30 – «Epidemiologiya» ixtisası üzrə «Qida məhsulları üzrə sanitar-parazitoloci monitorinqin təşkili və həyata keçirilməsinin epidemioloci effektivliyi» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu respublikada çox geniş yayılmış xəstəliklərdən olan bağırsaq parazitozları probleminə həsr olunmuşdur. İş ATU-nun epidemiologiya ka-fedasının elmi proqramları çərçivəsində Bakı şəhər gigiyena və epidemiologiya mər-kəzinin bazasında yerinə yetirilmişdir. Dissertant tərəfindən ilk dəfə olaraq, Bakı şəhərinin özünəməxsus şəraitində qida məhsulları vəsitəsilə yoluxan bağırsaq parazitozlarının epidemiologiyası cəm şəklində öyrənilmiş, epidemik prosesin intensivliyinə təsir göstərən amillər kompleksi aşkar edilmiş və onlar üzərində tam epidemioloci monitorinq aparılmışdır. Epidemik prosesin inkişafının və gedişinin qanunauyğunluqları aşkar edilmiş və onların əsasında ət, quş və balıq vasitəsilə yoluxan zoonoz parazitozların profilaktikasına və məhdudlaşdırılmasına dair tədbirlər kompleksi işlənib hazırlanmışdır. Hazırlanmış epidnəzarət sistemi Bakı şəhəri ərazisində yüksək effektivliklə tətbiq edilmişdir.
     Dissertasiyanın nəticələrindən sahə miqyasında istifadə edilməsi və onların geniş tətbiq edilməsi tövsiyə olunmuşdur.
     3. Ağayeva Kəmalə Fazil qızı tərəfindən 14.00.07 – «Gigiyena» ixtisası üzrə «Gəmi mütəxəssislərində neyropsixoloci dəyişikliklərin peşə seçimi üçün gigiyenik əhəmiyyəti» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən aktual hesab edilərək milli səhiyyə sistemləri tərəfindən elmi cəhətdən əsaslandırılması tövsiyə olunan bir problemə – gəmi mütəxəssislərinin psixo-fizioloci peşə seçimi probleminə həsr olunmuşdur. Dissertasiya işi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili kafedrasında yerinə yetirilmişdir. İlk dəfə olaraq, gəmi mütəxəssislərinin neyropsixoloci durumu haqqında elmi cəhətdən əsaslandırılmış nəticələr alınmış və gənclərin peşə seçimini sağlamlıq və psixoloci baxımdan təkmilləşdirməyə yönəlmiş elmi tövsiyələr verilmişdir. Dissertantın aldığı nəticələr gəmi mütəxəssisləri nümunəsində əmək şəraitinin neyropsixoloci gərginlik yaratması və insan orqanizmində müəyyən yaş və stac dövrlərində psixoloci testlərlə aşkar olunan neyropsixoloci dəyişikliklərə səbəb olmasını sübut etmişdir. Dissertasiyanın nəticəsin-dən Xəzər Dəniz Gəmiçiliyində mütəxəssislərin reysdən əvvəl profilaktik tibbi müayinəsində istifadə olunmuşdur. Onlardan psixonevroloci gərginlik amillərinin üstün olduğu bütün peşələr üzrə profilaktik tibbi müayinələrdə istifadə oluna bilər. Nəticələrdən sahə miqyasında istifadə olunması və onların geniş tətbiq edilməsi təklif olunur.
     4. Şıxəliyeva Şeyda Tələt qızı tərəfindən 14.00.30 – «Epidemiologiya» ixtisası üzrə «Bakı şəhəri şəraitində 1993-1997-ci illərdə qrip infeksiyası üzərində epidemioloci nəzarət» mövzusunda biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu bütün dünyada geniş yayılmış və səhiyyə orqanlarının qlobal aktual problemlərindən biri olan qrip infeksiyası üzərində nəzarətə həsr olunmuşdur. İş Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdrmə İnsti-tutunun mikrobiologiya və epidemiologiya kafedrasının elmi proqramı sərçivəsində yerinə yetirilmişdir. Müəllif tərəfindən aparılan tədqiqatlar nəticəsində qrip və digər respirator infeksiyalar üzərində kompleks epidemioloci nəzarətin təşkil edilməsi sayəsində qrip və digər respirator infeksiyaların operativ epidemioloci təhlili aparılmış, qrip virusunun dövr edən ştamlarının spektri öyrənilmiş, dreyf-variantı olan ştamların dövr etməsi, B qripi virusunun dövretmə qanunayuğunluqları aşkar edilmişdir. Qrip infeksiyasının epidemik qalxıb-enmələrinin heliogeofiziki proseslərlə müqayisə edilməsi əsasında günəş aktivliyinin birbaşa olmasa da, geomaqnit aktivliyi vasitəsilə bu infeksiyaların göstəricilərinə təsir etməsi aşkar edilmişdir.
     Dissertasiyanın nəticələrindən sahə miqyasında istifadə edilməsi və geniş tətbiq edilməsi təklif olunur.
     5. İsmayılova Rita İsrafil qızı tərəfindən 14.00.3- «Epidemiologiya» ixtisası üzrə «Azərbaycanda heyıvandarlığın idarə edilməsinin yeni şəraitində bruselyozun epidemioloci xüsusiyyətləri» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu bütün dünyada geniş yayılmış zoonoz mənşəli yoluxucu xəstəlik olan bruselyoz probleminə həsr olunmuş və iş S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında yernə yetirilmişdir. Disertant tərəfindən ilk dəfə olaraq, bruselyozun klinik gedişində baş verən dəyişikliklər aşkar edilmiş, ayrı-ayrı klinik formalar zamanı dominant və diaqnostik rol oynayan simptomlar qrupu müəyyən edilmişdir. Hazırkı dövrdə respublikada bruselyoza görə yaranmış epizootik və epidemik vəziyyət qiymətləndirilmiş, törədicinin etioloci strukturunun xüsusiyyətləri öyrənilmişdir. Alınan nəticələr əsasında müasir şəraitdə yaranmış sosial-iqtisadi vəziyyətlə əlaqədar bruselyoza qarşı mübarizə tədbirlərinin təşkilati əsasları yenidən işlənmiş, bruselyoz ocaqlarında epizootoloci və epidemioloci müayinələrin aparılmasının optimal sxemi təşkil edilmişdir.
     Dissertasiyanın nəticələrindən sahələrarası səviyyədə - tibb və baytarlıq sahələ-rində istifadə edilməsi və onların geniş tətbiq edilməsi təklif olunur.
     6. Səmədova Züleyxa Məcid qızı tərəfindən 14.00.30 – «Epidemiologiya» ixtisası üzrə «Bakı şəhəri şəraitində leptospiroz ocaqlarında boz siçovullarla mübarizə metodları və monitorinqin metodik əsaslarının işlənib hazırlanması» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu epidemiologiyanın aktual problemlərindən birinə - sarılıqlı leptospirozun epidemiologiyasına həsr olunmuşdur. İş ATU-nun epidemiolo-giya kafedrasının elmi-tədqiqat proqramları çərçivəsində yerinə yetirilmişdir. Disser-tant tərəfindən ilk dəfə olaraq, Bakı şəhərinin yaşayış zonasında boz siçovulların yerləşmə qanunauyğunluqları öyrənilmiş, epidemik prosesin intensivliyinə təsir göstərən amillər kompleksi aşkar edilmiş və onlar üzərində tam epidemioloci monitorinq aparılmışdır. İlk dəfə olaraq, Bakı şəhərində leptospirozun antropurgik və təbii ocaqlarının saxlanmasında və xəstəliyin yayılmasında boz siçovulların rolu aşkar edilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhər ərazisində İçterohaemorrhagiae leptospirozunun mənbəyi boz siçovullardır. Bunu nəzərə alaraq müəllif, Bakı şəhəri ərazisində boz siçovulların yayılması və sayı üzərində müşahidə aparmağa imkan verən metodikalar məcmusunu və siçovulların ekologiyasının öyrənilməsi əsasında deratizasiyanın effektiv vasitə və metodlarını işləyib hazırlamışdır.
     Dissertasiyanın nəticələrindən sahə miqyasında istifadə edilməsi və onların geniş tətbiq edilməsi təklif olunur.
     7. Bağırova Bəsti Əlisafa qızı tərəfindən 14.00.07 – «Gigiyena» ixtisası üzrə «Azərbaycan Respublikası əhalisinin qidalanmasının səmərələşdirilməsinin elmi cəhətdən əsaslandırılması» mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu millətin sağlamlığının saxlanılmasının mühüm əsası olan əhalinin səmərəli qidalanması probleminə həsr olunmuşdur. Dissertasiya Respublikanın şəhər və kənd əhalisinin, məktəbəqədər və mətəb yaşlı uşaqların və yeniyetmələrin qidalanmasının səmərələşdirilməsinə dair kompleks dövlət proqramı çərçivəsində yerinə yetirilməsidir. Aparılan tədqiqatlar nəticəsində respublika əhalisinin yaxın 1-3 ildə və perspektiv 10-20 il üçün ərzaq maddələrinin qəbulunun optimal fizioloci normaları dəqiqləşdirilmiş, yeni sosial-iqtisadi şəraitdə qida maddələrinin optimal fizioloci qəbul normalarından kənara çıxmasının icazə verilən həddi müəyyən olunmuşdur. Yaxın gələcək üçün ərzaq məhsullarının istifadə normaları işlənib hazırlanmışdır. Respublika əhalisinin ərzaq məhsullarına və vitamin preparatlarına görə istifadə normalarının proqnozlaşdırılmasına kompleks tibbi-iqtisadi yanaşma elmi cəhətdən əsaslandırılmış və işlənib hazırlanmışdır. Kənd təsərrüfatının, heyvandarlığın, qida sənayesinin müxtəlif sahələrinin perspektiv inkişafına, istehsal həcminə və respublika əhalisi tərəfindən əsas ərzaq məhsullarının və vitamin preparatlarının alınmasına dair tövsiyələr verilmişdir.
     Dissertasiyanın nəticələrindən Respublikaının Əmək və Sosial Müdafiə Nazirliyinin Dünya Bankı ilə birlikdə «minimal istehlak zənbili» planının işlənib hazırlanmasında istifadə edilmişdir. Onlardan sahələrarası səviyyədə – tibb, kənd təsərrüfatı və yeyinti sənayesi sahələrində istifadə edilməsi və geniş tətbq edilməsi təklif olunur.
     8. Yusubova Sədaqət Səid qızı tərəfindən 14.00.30 – «Epidemiologiya» ixtisası üzrə «Müasir Bakı şəhəri ailələrinin qnoseologiyası və bağırsaq parazitozları onların sosial statusunun və sağlamlığının markerləri kimi» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu cəmiyyətin bir nömrəli problemi olan əhali sağlamlığının qorunması və bu işdə ailən rolu məsələsinə həsr olunmuşdur. İş ATU-nun sosial gigiyena və səhiyyənin təşkili və epidemiologiya kafedralarının elmi proqramları çərçivəsində yerinə yetirilmişdir. Dissertant tərəfindən ilk dəfə olaraq, Bakı şəhəri şəraitində ailələrinin və bağırsaq parazitozlarının epidemioloci aspektləri sosiometrik üsulla öyrənilmiş , bu invaziyalar sosial statusun və sağlamlığın markerləri kimi qiymətləndirilmişdir. Şəhər ailələrinin müxtəlif tipləri, onların formalaşma qanunauyğunluqları, strukturu və uşaqların sayının planlaşdırılması meylləri müəyyən edilmişdir.
     Şəhər ailələrində xəstəliklərin strukturu, patologiyalar xarakteri, yanaşı gedən xəstəliklərin ailə sağlamlığına təsiri aydınlaşdırılmmışdır. Şəhər ailələrinin tibbi aktvliyi, onların müalicə formalarından istifadə etmək dərəcəsi qiymətləndirilmiş, ailələrin tipindən, say tərkibindən asılı olaraq, bağırsaq parazitozlarının yayılma xüsusiyyətləri, həmçinin onların yayılmasına səbəb olan amillər aşkar edilmişdir. Təbqiqatın nəticələri əsasında bağırsaq parazitozları əleyhinə profilaktik və ümumi sağlamlaşdırma tədbirləri kompleksi işlənib hazırlanmışdır. Bu kompleks yüksək sağlamlaşdırma effekti ilə sınaqlan keçirilmiş və səhiyyə orqanlarının hazırkı maddi-kadr imkanlarına uyğunlaşdırılmışdır.
     Dissertasiyanın nəticələrindən sahə miqyasında istifadə edilməsi və onların geniş tətbiq edilməsi təklif olunur.
     9. Həsənli Samirə Azər qızı tərəfindən 14.00.30 – «Epidemiologiya» və 14.00.11 «Dəri və zöhrəvi xəstəliklər» ixtisasları üzrə «Sidik-cinsiyyət trixomoniazının sosial-epidemioloci əhəmiyyəti, onun diaqnostika və müalicəsinin səmərələşdirilməsi» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya.
     Dissertasiyanın mövzusu cinsi yolla keçən xəstəliklər içərisində böyük rol oynayan və mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan sidik-cinsiyyət trixomoniazı probleminə həsr olunmuşdur. İş ATU-nun epidemiologiya və dəri-zöhrəvi xəstəlikləri kafedralarının elmi proqramları çərçivəsində Respublika dəri – zöhrəvi xəstəlikləri dispanserinin bazasında yerinə yetirilmişdir. İlk dəfə olaraq dissertant tərəfindən xəstələrdən ifrazatın götürülməsi metodunun səmərələşdirilməsi əsasında trixomoniazın diaqnozunun effektiv alqoritmi işlənib hazırlanmışdır. Göstərilmişdir ki, xəstələrin fərdi anonim və özbaşına müalicəsi trixomoniazın rezistent ştamlarının yaranmasına gətirib çıxarır, bu isə öz növbəsində xəstəliyin residivlərinə və reinvaziyalarına səbəb olur. Aparılan tədqiqatlar nəticəsində trixomoniazın profilaktikası üzrə konkret tədbirlər işlənib hazırlanmış və onun əhali tərəfindən mənimsənilmə səviyyəsi öyrənilmişdir. Trixomoniazın klinik gedişindən, onun residivləri və reinvaziyalarından asılı olaraq, xəstələrin protistosid preparatlarla müalicəsinin daha səmərəli sxemləri təklif edilmişdir. Qeyd olunur ki, hazırlanmış profilaktik tədbirlər sistemi bütün praktik səhiyyə orqanlrı üçün münasibdir və trixomoniazın spontan yayılmasının məhdudlaşdırılmasını təmin edir.
     Dissertasiyanın nəticələrindən sahə miqyasında istifadə edilməsi və onların geniş tətbiq edilməsi təklif olunur.
     

ATU-nun ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN MÜDAFİƏ OLUNMUŞ DİSSERTASİYALAR
     Doktorluq

     
Soyadı, Adı, Atasının adı Kafedranın adı və elmi rəhbər Dissertasiyanın mövzusunun adı və ixtisasının şifri
1. Alimetov Sergey Nəriman oğlu II daxili xəstəliklər kafedrası Elmi məsləhətçi – prof. A.Ə.Axunbəyli Xronik ürək çatışmazlığında hemodinamik və humoral pozğunluqların xüsusiyyətləri və korreksiyası
14.00.05 – daxili xəstəliklər
14.00.06 – kardiologiya
2. Bağırova Bəsti Əlisəfa qızı Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrası Elmi məsləhətçi – prof. M.H.Kərimova Azərbaycan Respublikası əhalisinin qidalanmasının səmərələşdirilməsinin elmi cəhətdən əsaslandırılması
14.00.07 – gigiyena
3. Bağırova Hicran Firuddin qızı II mamalıq-ginekologiya kafedrası Uşaqlığın şiş xassəli xəstəli-yində qadın cinsi orqanları-nın reseptorları və E seriya-sından olan prostaqlandinlər
14.00.14 – onkologiya
4. Baxşıyev Muradəli Məmməd oğlu I daxili xəstəliklər və reanimatologiya kafedrası Elmi məsləhətçilər – prof. Y.N.Belenkov, t.e.d. P.Qolisin Elektrokardiostimulyasiyanın müxtəlif recimlərində ÜİX-yi olan xəstələrdə ürək çatışmamazlığının medikamentoz korreksiyası
14.00.06 – kardiologiya
5. Əmiraliyev Namiq Mais oğlu Onkologiya kafedrası Elmi məsləhətçilər – akad. Ə.T.Əmiraslanov, prof. V.V.Şental Qırtlaq xərçəngi olan xəstələrin müalicə metodlarının optimallaşdırılması
14.00.14 – onkologiya
6. Əsgərova Tahirə Ələmşah qızı Hüceyrə patologiyasının biokimyası üzrə PETL Azərbaycan Respublikasında hemoxromatoz (hemoxromatozun biokimyəvi və genetik aspektləri)
03.00.04 – biokimya
03.00.15 – genetika
7. Həsənov Xudayar İsmayıl oğlu Elmi Tədqiqat Mərkəzi Elmi məsləhətçi – prof. C.İ.Mirsəi İki valentli platin və palladiumun bioloci fəal liqandlarla koordinasion birləşməsinin sintezi, quruluşu və xassələri
02.00.01 – qeyri-üzvi kimya
8. Xudiyev Azər Manaf oğlu Qulaq, burun, boğaz xəstəlikləri kafedrası Sinusitlərin konservativ və operativ müalicəsinin müasir üsulları
14.00.04 – qulaq, burun, boğaz xəstəlikləri
9. Mövsümov Nəriman Tofiq oğlu İnsan anatomiyası kafedrası Elmi məsləhətçilər – akad.M.R.Şapin; t.e.d. V.B.Şadlinski Normada insanda və ekspe-rimentdə bəzi balneoloci təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi
14.00.02 – insan anatomiyası

     
Namizədlik dissertasiyaları

     
Soyadı, Adı, Atasının adı Kafedranın adı və elmi rəhbər Dissertasiyanın mövzusunun adı və ixtisasının şifri
1. Abbasova Fəridə Yusif qızı III mamalıq-ginekologiya kafedrası Elmi rəhbər -prof.N.M.Şəmsəd-dinskaya Superfosfat istehsalatında çalışan fəhlə hamilə qadın-larda plasentar çatmazlığın erkən diaqnostikası və profilaktikası
14.00.04 – mamalıq və ginekologiya
2. Axundova Nərgiz Kamal qızı I nevrologiya və tibbi genetika kafedrası Elmi rəhbər – prof.Ş.İ.Mahalov Xantinqton xoreya xəstələrdə və onların fenotipik sağlam qohumlarında aparılan neyropsixoloji və klinikgenetik tədqiqatlar
4.00.13 – sinir xəstəlikləri
3. Сəfərova Tərlanə Faiq qızı I mamlıq və ginekologiya kafedrası Elmi rəhbər – dos.L.R.Kərimova Hamiləliyin gedişinə və nəticəsinə genital herpesin ağırlaşdırıcı təsiri
14.00.01 – mamalıq və ginekologiya
4. Çobanov Kamil Ənvər oğlu Tibbi biologiya və genetika kafedrası Elmi rəhbər – prof.M.Ə.Salmanov Bakı şəhəri şəraitində şəhər-ətrafı donuzçuluğun intensivləşdirilməsi zamanı balantidiazınprofilaktikasının epizootoepidemioloci əsasları
14.00.30 – epidemiologiya
5. Əfəndiyev Mahyəddin Arif oğlu I cərrahi xəstəliklər kafedrası Elmi rəhbər – prof. H.A.Sultanov İrinli peritonitli xəstələrin kompleks müalicəsində autoqanın ekstrakorporal oksigenasiyası və reinfuziyası
14.00.27 – cərrahiyyə
6. Əhmədov Səid İlham oğlu Ortopedik stomatologiya kafedrası Elmi rəhbər – prof. E.E.Kərimov Hipertoniyalı xəstələrdə stomatoloji statusun vəziyyəti və onların ortopedik reabilitasiyasının xüsusiyyətləri
14.00.21 – stomatologiya
7. Əliyev Aqil Nəriman oğlu Terapevtik stomatologiya kafedrası Elmi rəhbər – prof.Ç.A.Paşayev Azərbaycan ərazisində flüorozun yayılması və müalicə profilaktik tədbirlərin xüsusiyyətləri (eksperimental-kliniki tədqiqat)
14.00.21 – stomatologiya
8. Əliyev Məmməd-Suad Əfrail oğlu Müalicə, pediatriya və tibbi-profilaktika fakültələri üçün stomatologiya kafedrasıElmi rəhbər – prof.T.H.Hüseynova Revmatoid artritli xəstələrdə üz-çənə nahiyyəsinin zədələnmələrinin xüsusiyyətləri
14.00.21 – stomatologiya
9. Əmirəliyev Rövşən Sabir oğlu Uşaq stomatologiyası kafedrası Elmi rəhbər – t.e.d. R.Q.Əliyeva Uşaqlarda paradont xəstəliklərin kliniki və sosial-epidemioloji xüsusiyyətləri, effektiv kompleks müalicə taktikası
14.00.21 – stomatologiya
10. Fərəcov Eldar Hüseyn oğlu Ağız və üz-çənə cərrahiyyəsi kafedrası Elmi rəhbər – prof.T.Ə.Babayev Adentiyalı xəstələrin kompleks reabilitasiyasında ağız boşluğunun protezləməönü hazırlanmasının xüsusi cərrahi üzullarının işlənməsi
14.00.21 – stomatologiya
11. Fətullayeva Sevda Surxay qızı Biofiziki və bioüzvi kimya kafedrası Elmi rəhbər – akad.A.M.Əliyev; k.e.n. C.M.Məcidova Metalseolit katalizatorlar üzərində n-propil spirtinin oksidləşmə çevrilməsi
02.00.15 – kimyəvi kinetika və kataliz
12. Həsənov Müşviq Cəlal oğlu Ümumi cərrahiyyə kafedrası və Elmi-Tədqiqat Mərkəzi Elmi rəhbər – t.e.d. Ç.M.Cəfərov Peritonit zamanı bağırsaq atoniyasının patogenezində müsariqə limfa düyünlərinin rolu və onun tənzimlənmə yolları
14.00.27 – cərrahlıq
13. Hüseynova Səadət Arif qızı Neonatologiya kafedrası Elmi rəhbər – prof.N.Ə.Tağıyev Antifosfolipid sindromu olan hamilə qadınlardan doğulmuş uşaqların erkən neonatal dövrdə vəziyyətinin qiymətləndirilməsi
14.00.09 – pediatriya
14. Xanım Aydın qızı Farmakologiya kafedrası Elmi rəhbər – prof. P.A.Axundov Ftiziopulmonologiya praktikasında İnsanov bronxolitiki və digər fitopreparatların müqayisəli farmakoloji effekti
14.00.25 – farmakologiya
15. İbrahimov Rəşad İbrahim oğlu ETM-in farmokologiya şöbəsi Elmi rəhbər – prof. H.M.Əliyev Pirrolinopiridin törəmələrinin sintezi və bioloji fəallığı
15.00.02 – əczaçılıq kimyası və farmakoqnoziya
16. İbrahimova-Muradova Gülnarə Xasay qızı Uşaq yoluxucu xəstəlikləri kafedrası Elmi rəhbər – prof.V.F.Əsgərov Məktəbyaşlı uşaqlarda kəskin virus hepatiti zamanı kliniki-metabolik dəyişikliklərin xüsusiyyətləri və onların aşağı intensivli lazer terapiyası tətbiqi ilə korreksiyası
14.00.09 – pediatriya
17. Kadiyeva Sevda Əbdülsəməd qızı Rus dili kafedrası Elmi rəhbər – prof. T.Ə.Xəlilova N.B.Vəzirovun dramaturgiyasının rus dilinə tərcümə problemləri
10.01.03 – dünya ədəbiyyatı
10.01.01 – azərbaycan ədəbiyyatı
18. Kərimov Vaqif Məmməd Kərim oğlu Tibbi biologiya və genetika kafedrası Elmi rəhbər – prof. X.Q.Qənbərov Samur-Dəvəçi ovalığı meşələrində yayılmış ağacçürüdən qov göbələklərinin xarakteristikası
03.00.24 – Mikologiya
19. Quliyeva İradə Ələddin qızı I mamlıq və ginekologiya kafedrası Elmi rəhbər – dos.L.R.Kərimova Keysəriyyə kəsiyi əməliyyatı zamanı irinli-iltihabi fəsad-ların aşağıtezlikli ultrasəsin tədbiqi ilə kompleks müalicəsi
14.00.01 – mamalıq və ginekologiya
20. Quliyeva Səidə Qavqaz qızı Uşaq stomatologiyası kafedrası Elmi rəhbərlər – t.e.d. R.Q.Əliyeva, prof. A.V.Alimski Distooklüziya zamanı uşaqlarda yaranan morfofunksional dəyişikliklər, onların diaqnostikası, profilaktikası və kompleks müalicəsi
14.00.21 – stomatologiya
21. Mahalov İslam Şərif oğlu I mamalıq və ginekologiya kafedrası Elmi rəhbərlər – dos.L.R.Kəri-mova; prof. S.B.İmamverdiyev Aşağı sidik yolları funksiyasının pozulmaları olan qadınlarda çanaq dibi vəziyyətinin öyrənilməsi
14.00.01 – mamalıq və ginekologiya
14.00.40 – urologiya
22. Məmmədov Rəşad Nurəddin oğlu Rus dili kafedrası Elmi rəhbər – prof.T.Ə.Xəlilova N.B.Vəzirovun dramaturgiyasının rus dilinə tərcümə problemləri
10.01.03 – dünya ədəbiyyatı
10.01.01 – azərbaycan ədəbiyyatı
23. Məmmədov Fuad İlham oğlu Əczaçılıq kimya kafedrası Elmi rəhbər – prof. H.M.Əliyev İmidarol qrupu dərman maddələrinin azot törəmələrinin kompleks əmələgətirmə xassələrinin tədqiqi və onların əczaçılıq analizində tətbiqi
15.00.02 – əczaçılıq kimyası və farmakoqnoziya
24. Məmmədova Sevda Nəsrəddin qızı II uşaq xəstəlikləri kafedrası Elmi rəhbər – prof.S.N.Musayev Qaçqın və məcburi köçkün uşaqların fiziki inkişafının, immun və antioksidant müdafiənin vəziyyəti
14.00.09 – pediatriya
25. Məmmədova Tahirə Həmzə qızı Fəlsəfə kafedrası Elmi rəhbər – prof.Q.C.Əliyev Siyasi hakimiyyət: sosial-fəlsəfi təhlil
09.00.11 – sosial fəlsəfə
26. Mövlanverdiyeva Aypara İbrahim qızı Tibbi və bioloji fizika kafedrası informatika və HT kursu ilə birgəElmi rəhbər – prof.Y.Q.Əsədov Sitemonokristallarında mis atomlarının sink və indium atomları ilə hissə-hissə əvəz edilməsinin polimorf keçidlərə təsiri
01.04-10 – yarımkeçiricilər və dielektriklər fizikası
27. Neymətov İbrahim Firuddin oğlu Ümumi cərrahlıq Elmi rəhbər – tib.e.d.C.H.Hacıyev Ahıl və qoca yaşlı xəstələrdə kəskin daşlı xolesistitin cərrahi müalicəsi zamanı immuntənzimləyici və antioksidant terapiya
14.00.27 – cərrahlıq
28. Novruzov Elşad Abuzər oğlu Bioloji kimya kafedrası Elmi rəhbər – prof. V.S.Novruzov Qarayazı dövlət qoruğu ərazisində təbii və aqroekosistemlərin epifit sinuziyaları, onların ekoloci monitorinqdə istifadə olunması
03.00.05 – botanika
29. Orucov Müşviq Teyyub oğlu Histologiya, embriologiya və sitologiya kafedrası Elmi rəhbər – prof. E.K.Qasımov Görmə sinirinin gedişi boyu qişa, damar və sinir elementlərinin histoqrafik və ultrastruktur quruluş xüsusiyyətləri
03.00.25 – histologiya, sitologiya və hüceyrə biologiyası
30. Rzayev Tarverdi Mirzəli oğlu I cərrahi xəstəlikləri kafedrası Elmi rəhbər – prof.H.A.Sultanov Qaraciyərin maye şırnağı üsulu ilə rezeksiyasının nəticələrinin yaxşılaşdırılması
14.00.27 – cərrahlıq
31. Sadıqov Elbrus Cəlal oğlu Fəlsəfə kafedrası Elmi rəhbər – prof.A.M.Şükürov Ekoloji problemlər və onun insan sağlamlığı ilə qarşılıqlı əlaqəsinin sosial-fəlsəfi mahiyyəti
09.00.11 – sosial-fəlsəfə
32. Sultanova Səadət Həsən qızı I mamlıq və ginekologiya kafedrası Elmi rəhbər – dos.L.R.Kərimova; t.e.d.H.B.İsayev Aralığın III dərəcə cırılması və rektovaginal fistulların cərrahi müalicəsi
14.00.01 – mamalıq və ginekologiya
14.00.27 – cərrahlıq
33. Şadlinskaya Ramidə Vaqif qızı Uşaq stomatologiyası kafedrası Elmi rəhbər – prof. A.A.Məmmədov Uşaqlarda anadangəlmə dodaq və damaq yarıqlarının anatomo-funksional pozğunluqların inkişafında rolu
14.00.21 – stomatologiya
34. Şirəliyev Heybət Ömər oğlu Ortopedik stomatologiya kafedrası Elmi rəhbər – prof. E.E.Kərimov Şəhər əhalisinin müxtəlif təbəqələrinin ortopedik stomatoloci yardıma ehtiyac dərəcəsinin qiymətləndirilməsi və bu yardımın göstərilməsinə dair tədbirlərin differensasiyası
14.00.21 – stomatologiya
35. Talışinskaya Məlahət Bəxtiyar qızı Patoloji fiziologiya kafedrası Elmi rəhbər – AMEA-nın müxbir üzvü, prof.Y.C.Məmmədov Reanimasiyadan sonrakı bərpa dövründə orqanizmin ümmun və hemolimfakoa-qulyasiya pozğunluqlarının korreksiyası
14.00.16 – patoloji fiziologiya
36. Vəliyeva İradə İbrahim qızı Azərbaycan dili kafedrası Elmi rəhbər – prof. S.M.Molla-zadə Bədii ədəbiyyatda üslubi toponimlər
10.02.02 – azərbaycan dili
37. Yusubova Sədaqət Səid qızı Sosial gigiyena və səhiyyənin təşkili kafedrası Elmi rəhbər – prof. İ.Ə.Ağayev Müasir Bakı şəhərində ailələrin qnoseologiyası və bağırsaq parazitozları, onların sosial statusunun və sağlamlığının markerləri kimi
14.00.30 - epidemiologiya
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |