
Ünvan: AZ0022 Bakıxanov küç., 23. Telefon 495-43-37
Dekan dos. Xəlilov Xəlil Sadıx oğlu
Professor-müəllim heyəti 15 elmlər doktoru professor, 32 elmlər namizədi dosent, 35 baş elmi işçi baş müəllim, 33 assistent.
Təhsil alanlar: 317 tələbə, 1 aspirant, 24 magistrant.
Fakultədə təhsil alan 317 tələbə əczaçılıq sənətinin sirlərini öyrənir. Onlara xüsusi fənlərdən savayı, normal və patoloji fiziologiyadan, mikro biologiyadan, klinik farmakologiyadan, biologiyadan və b. fənlərdən dərs keçilir.
Əczaçılıq fakultəsinin tələbələri kimyəvi analizin müasir üsullarının həyata keçirilməsi və yeni dərman preparatlarının alınması üzrə bilik və təcrübə toplayır, dərman preparatlarının orqanizmə təsirini öyrənir, dərmanların keyfiyyətini yoxlamaq üçün təcrübi vərdişlər əldə edirlər. Tələbələr dərman haqqında vahid informasiya sistemi yaratmaq üçün aparılan elmi-tədqiqat işlərində iştirak edirlər.
Kafedraların elmi problemləri bunlardır: təbii və sintetik bioloji aktiv maddələrin və metalların kompleks kimyəvi maddələrinin standartlaşdırılması və marketinqi.
Azərbaycanda dərman bitgilərinin olduqca çox növləri bitir; onlardan alman dərmanların böyük müalicəvi əhəmiyyəti vardır. Fakultənin əməkdaşları bir sıra bitki mənşəli dərman preparatlarının alınma üsullarını öyrənmiş, praktikada tətbiq etmiş və bu işlərə görə müəlliflik hüququ əldə etmişlər.
|