AZ RU EN
Digər fakultələr
Stomatologiya fakültəsi

Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsi 1954-cü ildə təşkil olunmuşdur. Fakültənin yaranmasında əsas məqsəd Respublika əhalisinin yüksək ixtisaslı həkim stomatoloq kadrları ilə təmin etmək olmuşdur.

 

Stomatologiya ixtisası - əhali arasında stomatoloji xəstəliklərin yayılması, etiologiyası, patogenezi qanunauyğunluqlarını öyrənməklə, xəstəliklərin müalicə və reabilitasiyasını təmin etmək, stomatoloji xəstəliklərin azalmasına xidmət edən profilaktik tədbirlərin hazırlanmasını təmin və təşkil edir. Bu da əhalinin sağlamlığının qorunması, əmək qabiliyyətinin və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

Fakültə Elmi Şurasının tərkibi 34 nəfərdən ibarətdir (13 nəfər professor, 15 nəfər dosent, 2 nəfər assistent və 4 nəfər tələbə). Fakültə fəaliyyətinə onun Elmi Şurası və sədri – dekan rəhbərlik edir. Dekanlığın və Elmi Şurasının iş planı rektor tərəfindən təsdiq edilir. İş planına fakültənin fəaliyyətini əks etdirən bütün məsələlər daxil edilir.

 

Fakültənin tərkibində 6 kafedra və “Təbib” Tədris İdman Klubu fəaliyyət göstərir:

1. Ortopedik stomatologiya kafedrası – kafedra müdiri: t.e.d., prof. Pənahov N.A

2. Ağız və üz-çənə cərrahiyyəsi kafedrası – kafedra müdiri: prof. Rəhimov Ç.R.

3. Uşaq stomatologiyası kafedrası – kafedra müdiri: ə.e.x., prof. Əliyeva R.Q.

4. Terapevtik stomatologiya kafedrası – kafedra müdiri: t.e.d., prof. Paşayev A.Ç.

5. Qulaq, burun, boğaz xəstəlikləri kafedrası – kafedra müdiri: prof. Pənahian V.M.

6. Xarici dillər kafedrası – kafedra müdiri: prof. Məmmədova Z.Ş.

7. “Təbib” Tədris İdman Klubu – klubun sədri: prof. Kəbirlinski K.Ə.

 

Əlaqə - e.mail: dental_faculty@amu.edu.az

telefon: (+99412) 597 36 88

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.