AZ EN
Digər fakultələr
Pediatriya fakultəsi
Fakültənin ünvanı : AZ-1022, Bakı şəh, A. Bakıxanov küçəsi-23
ATU-nun inzibati binası
Telefon 597-45-27
Pediatriya fakültəsi 1936-cı ildə Azərbaycan Xalq Səhiyyə Komissarlığının qərarı ilə uşaq səhiyyəsi sahəsində çalışan həkimlərə böyük ehtiyac olduğunu nəzərə alaraq yaradılmışdır.
Fakültədə 11 kafedra və 1 kurs fəaliyyət göstərir: I və II uşaq xəstəlikləri, uşaq xəstəlikərinin propedevtikası, uşaq yolxuçu xəstəlikləri, neonotologiya, uşaq cərrahlığı, patoloji fiziologiya, pataloji anatomiya, histologiya, daxili xəstəliklər, cərrahı xəstəliklər kafedraları, kliniki allerqologiya və immunologiya kursu.
Professor- müəllim heyəti: 25 professor, 61 dosent, 15 baş müəllim, 138 assisent (ondan tibb elmləri üzrə fəlsəfə doktoru-73 nəfər).
Professor-müəllim heyətinin tərkibində akademik (1 nəfər), Azərbaycan Milli Elmlər Akademyasının müxbir (1 nəfər), əməkdar elm xadimi (11 nəfər), əməkdar həkim (6 nəfər),əməkdar müəllim (5 nəfər) fəxri adlarına layiq görülmüş yüksək ixtisaslı mütəxəssislər çalışırlar.
Fakültənin pediatriya profilli kafedraları Universitetinin Tədris Terapevtik klinikası, Bakı şəhərinin diaqnostik və müalicə aparatları ilə müasir səviyyədə təchiz edilmiş ən yaxşı xəstəxana və Elmi Tədqiqat İnstitutlarında fəaliyyət göstərirlər (Ə. Qarayev adına klinik uşaq xəstəxanası, Elmi-tədqiqat Pediatriya İnstitutu, 6 saylı uçaq klinik xəstəxanası).
Təməl fənlərin tədrisi isə müasir tələbata cavab verən, mühazirə zalları, dərs otaqları, labaratoriyaları olan, əyani və texniki vəsaitlərə təmin olunmuş kafedralarda aparılır.
Hazırda fakültədə 890 tələbə Azərbaycan və rus bölmələrində təhsil alır.
Fakültədə təhsil müddəti 6 ildir.
Təhsil müddətində tələbələr yuxarı kurslarda (III, IV, V) praktiki vərdişlərə yiyələnmək məqsədi ilə Respublikamızın müasir xəstəxanalarında və bir sıra xarici ölkələrdə (Türkiyə, Almaniya və s.) peşə təcrübəsi keçirlər.
Elmi-tədqiqat işlərinin aparılması fakültənin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Profil kafedralarda aparılan elmi-tədqiqat işləri bilavasitə uşaq ölümünə səbəb olan xəstəliklərin, perinatal patologiya və yenidoğulmuşların xəstəliklərinin öyrənilməsinə istiqamətləndirilmişdir.
Hazırda 9 doktorluq, 34 namizədlik dissertasiyaları yerinə yetirilir. Fakültə almiləri Respublikamızda və xarici ölkələrdə keçirilən Beynalxalq elmi toplantılarda Universitetimizi layiqincə təmsil edirlər.


Fakültədə Tələbə Elmi Cəmiyyəti (TEC) fəaliyyət göstərir. "Əla və yaxşı" oxuyan istedadlı tələbələr tərəfındən klinika və labaratoriyalarda elmi-tədqiqat işləri aparılır. Onlar "İlin ən yaxşı elmi-tədqiqatçısı" adı uğrunda müsabiqədə, fakültə və ATU-nun yekun elmi konfranslarında, elecə də Beynəxalq konfranslarda uğurla çıxış edərək diplom və mükafatlara layiq görülmüşlər.
Pediatriya ixtisasına dərindən yiyələnmək məqsədilə hər il fənn olimpiyadası keçirilir.
Tələbələrin idmanla məşğul olmaları üçün Universitetimizdə müasir idman kompleksi fəaliyyət göstərir. Bir çox tələbələrimiz müxtəlif növ idman yarışlarında diplom və mükafatlara layiq görülmüşdür.
Tələbələrin bir çoxu Universitetdə fəaliyyət göstərən "Çinar" rəqs ansanbılının və "Şəfa" çalğı ansanbılının fəal üzvləridir.
Ehtiyacı olan tələbələr yataqxana ilə təmin edilir.
Tələbələrə tibbi xidmət ATU nun tələbə poliklinikası tərəfindən yerinə yetirilir.
Pediatriya fakültəsində tələbələrin müasir səviyyədə təhsil almaları və gələcək karyeraları üçün bütün şərait mövcuddur.
Fakültənin məzunları ölkəmizin Dövlət və özəl klinikalarında, poliklinikalarda, tıbbı diaqnostik mərkəzlərdə, uşaq müəssisələrində, həmçinin bir çox xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Hazırda mütəxəssis həkim hazırlığı Rezidentura xətti ilə həyata keçirilir. Fakültənin bır çox məzunları müxtəlif ixtisaslara yiyələndikdən sonra müasir səviyyəli mütəxəssis kimi xalqımızın sağlamlığına xidmət edəcəklər.

 

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.