Axtarış:
Beynəlxalq Əlaqələr
     2004-2005-ci tədris ilində xarici əlaqələr üzrə aşağıdakı işlər aparılmışdır.
     Müxtəlif xarici ölkə səfirlikləri ilə əlaqələr yaradılmışdır. İran, Hindistan, Fransa və Liviyanın səfirləri, ABŞ səfirliyinin nümayəndələri universitetimizdə olmuş Rektorla, o cümlədən kafedra əməkdaşları ilə görüşmüşlər. Səudiyyə Ərəbistanı, Misir və Pakistan səfirlikləri ilə yaxın əlaqələr yaradılmışdır. Universitet rəhbərliyi ilə danışıqlar aparılmış, əməkdaşlıq planı müzakirə edilmişdir. Təhsil və elm sahəsində ikitərəfli sazişlər imzalanmışdır. Universitetin əməkdaşları səfirliklərdəki müxtəlif tədbirlərdə iştirak edirlər.
     Bu il Misir səfirliyinin nəzdində olan Misir Mədəniyyət Mərkəzində .................................................... adlı tədbir keçirilmişdir. Azərbaycan və Misir alimlərin çox maraqlı mövzu ilə çıxış etdikləri bu tədbiri Misir tərəfinin xahişi ilə Mədəniyyət Mərkəzinin direktoru ilə birlikdə universitetimizin Beynəlxalq əlaqələr üzrə prorektoru professor M.Y.Nəsirov aparmışdır. Hazırda əməkdaşlarımız "Misir Mədəniyyətində Firon İncəsənəti" mövzusunda keçiriləcək sərgidə iştirak etməyə dəvət olunmuşdur.
     Müxtəlif ölkələrlə internet vasitəsi ilə əlaqələr yaradılır. Bunun nəticəsində uzaq ölkələrdən universitetdə təhsil almaq üçün müraciət edənlərin sayı get-gedə çoxalır. Bu il artıq hazırlıq kurslarında İran, Pakistan, müxtəlif ərəb ölkələri (Səudiyyə Ərəbistanı, Mərakeş, Sudan, İordaniya, İsrail, Yəmən) və s. ölkələrdən təhsil alan tələbələrin sayı nəzərə çarpacaq dərəcədə artmaqdadır. 2002-2002-ci dərs ilində yalnız 1 Pakistan vətəndaşı olduğu halda 1 il ərzində bu rəqəm 12 nəfərə, İranlıların sayı 25 nəfərdən 60 nəfərə, müxtəlif Ərəb ölkələrindən 10 nəfərdən 25 nəfərə çatmışdır.
     Tələbələr əsasən universitetin müalicə-profilaktika, stomatologiya və əczaçılıq fakültələrində təhsil alır.
     Türkiyənin Təhsil müşavirliyi ilə müntəzəm əlaqə saxlanılır. Müşavir özü dəfələrlə universitetimizə gəlmiş, rektorla görüşmüşdür. Universitetin müxtəlif kafedralarını və tələbə yataqxanasını gəzərək, tələbələrin şəraiti, dərsin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti ilə maraqlanmışdır. Tələbələrə yaradılan şəraitdən razı qalmışdır. Türkiyə Seçmə və Yerləşdirmə Mərkəzinin xətti ilə təhsil almağa gələn tələbələrin sayının az olması (hazırda 5 nəfərdir) onu təəccübləndirmişdir. Hazırda yaxın Türkiyə Cümhuriyyətindən bizim universitetdə təhsil almaq üçün tələbələrin sayının artırılması üçün işlər aparılır. Əlaqələrimiz davam edir.
     Amerika, Yunanıstan, Almaniya və Fransa səfirlikləri ilə əlaqələr daim genişlənir. Keçən il Fransanın səfiri universitetimizdə olmuşdur. Universitet rəhbərliyi ilə aparılan müzakirələrdən sonra xarici dil kafedrası 8 ədəd müasir kompüterlə təmin edilmişdir. Bundan əlavə həmin kafedrada tələbələr və müəllimlər üçün fransız dili kursları açılmışdır. Dərsləri Fransadan dəvət olunan müəllimlər aparırlar. Bu sahədə işlər müvəffəqiyyətlə davam edir.
     Fransanın Monpelye universitetinin professorları, universitetin müxtəlif kafedralarında müəllim və tələbə heyəti ilə görüşlər keçirmişlər. Anatomiya, Biokimya, Mikrobiologiya kafedralarında aparılan işlərlə yaxından tanış olduqdan sonra bu sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişlər.
     Bu il avqust ayında Amerika səfirinin xanımı Lesli Harnişin Vaşinqton universitetinin professoru Meri Marqaret Vindsor ilə birlikdə rektorla görüşü keçirilmişdir. Amerika tibb universitetləri ilə əlaqələrin yaradılması, elm, təhsil sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılmışdır. Hazırda universitetin mütəxəssisləri üçün "Aktiv Terapiya" mövzusunda mühazirələrin aparılması planlaşdırılır. Aparılan bu işlər nəticəsində universitetin kitabxanası Amerikada çap olunmuş müxtəlif ixtisaslar üzrə ingilis dilində lazımi dərs vəsaitləri ilə təmin edilmişdir.
     Bildiyiniz kimi, keçən dərs ilindən artıq ingilis dilində tədris aparılır. Bu sahədə çoxlu işlər görülmüşdür və bütün fənlər üzrə ingilis dilində tədris aparmaq üçün müəllimlər hazırlanmışdır: Bu işlər davam etdirilir.
     Bundan əlavə, Rusiya və Ukrayna ilə elm və təhsil sahəsində müqavilələr bağlanmışdır. İndi onların həyata keçməsi üçün işlər aparılır.
     Rusiya səfirliyi ilə aparılan işlər nəticəsində universitetimizin müxtəlif ixtisaslar üzrə 7 tələbə, aspirant və klinik-ordinatoru: Abbasova Afaq, İbrahimov Rafiq, Əmirova Aynurə, Zeyniyev Lətif, Həsənov Mirfuad İNTAS fondu tərəfindən Moskvada M.V.Lomonosov adına MDU-nun Fundamental Tibb fakültəsinin nəzdində "Kosmik Biologiya və Tibb" Beynəlxalq Yay Məktəbində keçirilən müsabiqədə iştirak etmişdir. Onu da qeyd edim ki, MDB ölkələrinə bu müsabiqədə cəmi 5 yer ayrılmışdır ki, onlardan biri bizim universitetə verilmişdir. Pediatriya fakültəsinin Cərrahi xəstəliklər kafedrasının klinik-ordinatoru Əmirova Aynurə bu müsabiqədə iştirak etmiş, ona Beynəlxalq məktəbin sertifikatı verilmişdir.
     Kanada Ümumdünya Səhiyyə Cəmiyyəti ilə Azərbaycan Dövlət Tibb Universiteti arasında saziş 2001-ci il sentyabrından 2005-ci il fevralına kimi davam etmişdir. Bu illər ərzində həmin təşkilat tərəfindən Universitetimizdə müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu cəmiyyətin maliyyə dəstəyi ilə "Sübuta yetirilən təbabət" dərsliyi bizim universitetimizin mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş, Tibbi-informasiya Mərkəzi 8 müasir kompüterlə təmin olunmuş, universitetin 4 əməkdaşı bu cəmiyyət tərəfindən keçirilən müxtəlif Beynəlxalq konfranslarda iştirak etmişdir. Universitetin xarici tələbələr üzrə dekan müavini Hacızadə Niyazi sentyabr-oktyabr aylarında Kanadada dünyanın məşhur Kokreyn tibbi kitabxanasında keçirilən konfransda iştirak etmişdir.
     Bundan başqa həmin təşkilatın dəstəyi ilə 2005-ci il 15-18 yanvar tarixində Kanada Universitetlərinin professorları ilə universitetin Tibbi İnformasiya Mərkəzində "Sübuta yetirilən təbabət" mövzusunda seminar keçirilmişdir. Həmin seminarda Universitetimizin 40-dan çox əməkdaşı sertifikatlarla təltif olunmuşlar.
     Həmin seminarda iştirak edən Kanada Universitetin professorlarını Universitetimizin rektoru akademik Əmiraslanov Ə.T. qəbul etmiş, aparılan işlər müzakirə olunaraq bunun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
     Bundan sonra həmin təşkilatın dəstəyi ilə 2005-ci ilin yanvarında Tiflis şəhərində keçirilən Beynəlxalq konfransda Universitetimizin 4 əməkdaşı (...........................) iştirak etmişdir. Eyni zamanda iyun ayında həmin təşkilatın Tiflis şəhərində Universitetimiz ilə bağlanmış Sazişin bağlanış mərasimi keçirilmişdir. Həmin mərasimdə yenə də Universitetimizin əməkdaşları iştirak etmişdir. Onların arasında Universitetimizin Xarici tələbələrlə iş üzrə dekanı Əliyeva T.Ş. olmuşdur. Fürsətdən istifadə edərək Tamilla xanım Tiflis Tibb Universitetinə gedib, universitetin şəraiti ilə tanış olmuş, universitet rəhbər işçiləri və rektorla görüşmüş və Tiflis Dövlət Tibb Universiteti ilə universitetimiz arasında əməkdaşlıq Sazişi hazırlanmışdır. Bu Saziş hər iki Universitet rektorları tərəfindən imzalanmış, və artıq saziş həyata keçirilirməyə başlamışdır. Belə ki, sazişin şərtlərinə müvafiq olaraq universitetimizin tələbələri ilə TDTU tələbələri yay istehsalat təcrübəsini birlikdə Bolqarıstanda və Türkiyədə keçmişlər. Universitetin müalicə-profilaktika fakültəsinin tələbələri Məmmədova Nigar, Abbasova Elvira, Ələkbərova Zeynəb, Əhmədov Ayaz, Abdullayev Vaqif, pediatriya fakültəsinin tələbələri İbrahimov Rüstəm, Fiqarov Vüqar və Həsənov Elnur Bolqarıstanın Varna universitetində; 2 nəfər müalicə-profilaktika fakültəsinin tələbələri Həsənov Mirfuad və .................. Qurban Ankaranın Hacıtəpə tibb universitetinin klinikalarında müxtəlif ixtisaslar üzrə təcrübə keçmişlər.
     Bundan başqa 2005-ci ilin aprelin 13-14-də İran İslam Respublikasının Tehran şəhərində Azad Universitetinin təşkil etdiyi Beynəlxalq konfransda universitetimizin xarici əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişlər. Həmin konfransda Xarici tələbələrlə iş üzrə dekan Əliyeva T.Ş. "Azərbaycan Tibb Universitetinin Xarici əlaqələri" mövzusunda çıxış etmiş və həmin çıxış I-ci Beynəlxalq Konqresin Məqalələr toplusunda çapdan çıxmışdır.
     Ənənəyə uyğun olaraq, universitetimizdə hər il xarici ölkələrdən gəlmiş mühazirəçilər müxtəlif ixtisaslar üzrə müvafiq kafedralarda mühazirələr oxuyublar. Bu il:
     Vaşinqton universitetinin professoru cərrah-ortoped Erik Qordon Travmatologiya və Ortopediya kafedrasında "Uşaqlarda dirsək sınığının müalicəsi";
     Çikaqoda yerləşən İllinos universitetinin professoru oftalmoloq Ceyms Kammer "Qlaukoma müalicəsinin müasir yolları", "Katarakta cərrahiyyəsi", "Qırmızı göz haqqında" maraqlı mühazirələrlə universitetin əməkdaşları qarşısında çıxış etmişlər. Onu da qeyd edim ki, Ceyms Kammer bu yaxınlarda universitetimizin kitabxanasına təmənnasız olaraq müxtəlif fənlər üzrə çoxlu sayda dərs vəsaiti göndərmişdir.
     Bildiyimiz kimi, universitetimizdə artıq TEMPUS Mərkəzi açılmışdır. Avropa İttifaqı hazırda maliyyə dəstəyi ilə bu mərkəzdə ən müasir avadanlıqlarla təchiz edilmiş, immunologiya laboratoriyası fəaliyyət göstərir. Artıq 3 nəfər tələbə İngiltərənin müxtəlif universitetlərində proqram üzrə təcrübə keçmiş və bu mərkəzdə elmi fəaliyyətlərini davam etdirirlər. Hazırda proqramın müvəffəqiyyətlə davam etdirilir. Onu da qeyd edim ki, yay istehsalat təcrübəsini Türkiyə və Bolqariyada keçən, istərsə TEMPUS proqramının xətti ilə İngiltərədə ixtisas keçən tələbələrimiz haqqında həmin ölkələrin universitetlərində gözəl rəy yaranmışdır. Bunu tələbələrin aldığı sertifikatlar və həmin universitetlərin rəhbərliyi tərəfindən göndərilən rəy məktubları sübut edir. Belə ki, Bolqarıstanda ixtisas keçən tələbələrimiz Varna Tibb universitetinin rektorunun ATU-nun rektoruna təklif etdiyi əməkdaşlıq sazişi ilə geri qayıtmışlar.
     Bildiyiniz kimi, universitetimizin rektoru Polşa Tibb Akademiyasının təsis etdiyi Albert Şveytser mükafatının laureatıdır. Bu səbəbdən universitetimiz hər yerdə olduğu kimi, bu ölkədə də tibbi mövzuda keçirilən bütün tədbirlərdə iştirak edir. Bu il 2 tələbəmiz tibb sahəsində gənclər arasında keçirilən "Albert Şveytzer və sülh" mövzusundakı konfransa öz elmi işlərini göndərərək iştirak etmişdir. Universitetimizin 3-cü kurs fakültəsinin tələbəsi Həsənova Nilufər 9 ölkə arasında keçirilən bu müsabiqənin qalibi olmuş, Polşa Tibb Akademiyasının rektoru Kazimir İmielinski ona təbrik məktubu göndərmişdir.
     Lakin bilirik ki, görüləcək, işlər hələ çoxdur. Onların yerinə yetirilməsi üçün səylərimizi daha da artıracağıq.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws