ATU əməkdaşlarının nəzərinə!
Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün korporativ email ünvan sistemi yaradılıb. Bundan sonra ATU-nun bütün işçiləri universitetin rəsmi saytında yerləşdirilən “webmail” bölməsindən özlərinin email qutularına daxil ola bilərlər. Email ünvanlarını və digər təfərrüatları öyrənmək üçün ATU-nun İT şöbəsinə müraciət edə bilərsiniz.
WEBMAIL
Bağla
AZ RU EN WEBMAIL
Elanlar
19.02.2018
İmtahanlarda iştirak edəcək rezidentlərin nəzərinə!

Rezidentlər üçün Treyninq imtahanları 23.02.2018-ci il saat 14:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində keçiriləcək.

 

Ünvan:  Tibb Universitetinin 5N-li Tədris binası 

Daha ətraflı...
19.02.2018
Rezidentlərin nəzərinə!

Rezidentlərin Yekun Attestasiya imtahanlarının I mərhələsi 26.02.2018-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində, imtahanının II mərhələsi isə 28.02.2018-ci il tarixində saat 09:00-da Azərbaycan Tibb Universitetinin kafedra və klinikalarında keçiriləcək.

Dövri Attestasiya imtahanları isə 27.02.2018-ci il saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində keçiriləcək.

 

Ünvan:  Tibb Universitetinin 5N-li Tədris binası 

Daha ətraflı...
08.02.2018
Tələbələrin nəzərinə!

Azərbaycan Tibb Universitetində xalqımızın sevimli bayramlarından biri olan Novruz bayramı ilə bağlı şənlik mərasimi keçiriləcək. Bu mərasimdə aparıcı qismində iştirak etmək üçün qız və oğlan tələbələr axtarılır.

 

Daha ətraflı...
07.02.2018
“İdman Tibbi və Reabilitasiya” magistr proqramı ilə maraqlanan həkimlərin nəzərinə!

Azərbaycanda həkimlər üçün “İdman Tibbi və Reabilitasiya” magistr proqramı elan olunub. Həkimlər üçün yeni karyera perspektivlərini açan “İdman Tibbi və Reabilitasiya” magistr proqramı Cənubi Qafqaz təhsil sistemində bir ilkdir. Proqramın kurrikulumu Böyük Britaniyanın UCL Universiteti ilə birgə hazırlanıb və tədris olunur, tədris prosesi xüsusi peşə biliklərini tələb etdiyinə görə yalnız həkimlər müraciət edə bilərlər.

Daha ətraflı...
15.01.2018
Elektron kitabxana istifadəçilərinin nəzərinə!

15.01.2018 – 16.02.2018 – ci ilədək Rusiyanın İPRbooks elektron kitabxana sisteminin tədris, elmi və dövri nəşrlərinin geniş bazası Azərbaycan Tibb Universitetinin elektron kitabxana istifadəçiləri üçün açıq  təqdim olunur.

Daha ətraflı...
05.01.2018
Doktorant və dissertantların nəzərinə!

12.01.2018-ci il tarixində saat 12:00-da Tibbi İnformasiya Mərkəzində (Tədris Terapevtik klinikanın 14-cü mərtəbəsi) "Tibbi statistika" mövzusunda seminar keçiriləcək.

Seminarı Tibbi Fizika və informatika kafedrasının baş müəllimi İsmayıl Qafarov təşkil edəcək.

Daha ətraflı...
28.12.2017
Əziz izləyicilərimiz!

Artıq Azərbaycan Tibb Universitetinin rəsmi YouTube kanalı fəaliyyətə başlayıb. Burada universitetimizin həyatında baş verən ən maraqlı və önəmli hadisələrlə bağlı video çarxları və süjetləri izləyə, öz fikir və şərhlərinizi bölüşə, məlumatlarını dostlarınızla paylaşa bilərsiniz.

Daha ətraflı...
01.12.2017
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası dəvət edir!

Türkiyənin İstanbul Universitetinin Türk Ulusal Laporoskopik və Endoskopik Cərrahlar Dərnəyi ( LECD ) 14-15 dekabr 2017 – ci il tarixində İnstanbuldakı Medtronik Tədris Mərkəzində “ laporoskopik yırtıq cərrahiyyəsi kursu” təşkil edəcəkdir. Kursun gedişatının ATU- nun TCK-da toplanacaq cərrahlarımız (cərrahi kafedraların əməkdaşları, rezidentlər və arzulayan tələbələr ) tərəfindən online izlənilib ,interaktiv sual – cavablandırılması üçün qarşılıqlı razılıq əldə etmişik.

Qeyd olunan kursda iştirak etdəcək həkim, rezident və tələbələrə kursun sonunda sertifikatlar təqdim olunacaqdır. İştirak etmək istiyənlər qeydiyyatdan keçmək üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərlər.

Daha ətraflı...
23.11.2017
Tələbələrin nəzərinə!

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami aşağıdaki linkdə yerləşdirilib. Sizdən, sərəncam ilə tanış olub, anketdəki sualları cavablandırmağınız tələb olunur.

Tələbənin adı, soyadı, kursu, fakültəsi və qrupu mütləq qeyd olunmalıdır.

1) Dövlət proqramıyla tanışsınızmı?
2) Proqramdan gözləntiləriniz nədir?
3) Təklifləriniz nədir?

Əlaqələndirici şəxs : ATU-nun tələbəsi Rauf Vəliyev (raufvliyev@gmail.com)

Proqramla taniş olmaq üçün linkə daxil olun http://www.amu.edu.az/az/pages/4660/5071

Daha ətraflı...
22.11.2017
Elektron kitabxana istıfadəçilərinin nəzərinə!

Rusiyanın QEOTAR nəşriyyatınin elektron tesursları  Azərbaycan Tibb Universitetinin elektron kitabxana istıfadəçiləri üçün 2017 –ci ilin sonuna qədər açıq olacaqdır. 

Oxucular ATU-nun İP-lərində olan bütün kompüterlərdən, o cümlədən, Tədris-Terapevtik binada yerləşən Tibbi İnformasiya Mərkəzində, Əsaslı Kitabxananın Virtual Oxu zalında olan kompüterlərdən   http://www.studentlibrary.ru saytına daxil olaraq tələb olunan qaydada qeydiyyatdan keçib həmin resurslardan istifadə edə bilərlər.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı