AZ RU EN WEBMAIL
Elanlar
25.04.2019
Online disseksiya kurslarında iştirak etmək istəyənlərin nəzərinə!

26-27 Aprel 2019-cu il tarixlərində Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə klinikasında “RİNOPLASTİKA” və “TERAPEVTİK VƏ CƏRRAHİ ÜZ ESTETİKASININ TƏTBİQİ” online disseksiya kursları keçiriləcək.

 

Online kurslar Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuşdur. Hər bir kursda iştiraka görə hər bir iştirakçı 4 davamlı təhsil kredit balı əldə edəcəkdir. Otorinolarinqoloqlar, üz-çənə cərrahları, plastik cərrahlar, ümumi cərrahlar, dermatoloqlar, anatomlar kursda iştirak etməklə davamlı təhsil kredit balı əldə edə bilərlər!

 

Kursda iştirak qiyməti
Rinoplastika disseksiya kursu -60 azn;
Üz estetikası kursu – 70 azn.

 

Online kursda iştirak edə bilmək və davamlı təhsil kredit balı əldə edə bilmək üçün www.orl.org.az saytının müvafiq bölümündə qeydiyyatdan keçmənizi rica edirik.

 

Qeyd: Tədbirdə əldə edilmiş kreditlərin iştirakçıların elektron hesabatında əks olunması üçün şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fin kodu qeydiyyat masasına təqdim olunmalıdır!

 

Online kursun keçirilmə məkanı:
Azərbaycan Tibb Universiteti, Tədris- Cərrahiyyə Klinikası ATU –TCK,
13 mərtəbə konfrans zalı

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı