AZ RU EN WEBMAIL
Elanlar
15.03.2019
ATU-nun Tədris Cərrahiyyə Klinikasından Novruz kampaniyası

Xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı hədiyyə vermək, yaxınlarımızı sevindirmək zamanıdır. Azərbaycan Tibb Universiteti də bayram ərəfəsində müxtəlif aksiyalarla vətəndaşlarımızı sevindirir.

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Novruz kampaniya və xeyriyyə aksiyalarına start verilib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında uşaq cərrahiyyəsi şöbəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqlarını pulsuz müayinəsini keçirəcək. Müayinədən keçən uşaqlar ehtiyac olacağı təqdirdə, pulsuz əməliyyat və sünnət də olunacaqlar.

 

ATU Tədris Cərrahiyyə Klinikasında elan edilən digər Kampaniya çərçivəsində isə ödənişsiz mayinə və endirimli müalicəni nəzərdə tutur.

 

Belə ki, kampaniya zamanı klinikanın endokrinoloqu Azər Hümmətov tərəfindən Qalxanabənzər vəzi xəstəliklərinin müayinə və müalicəsinə Novruz bayramına özəl olaraq, həkimin qəbulu, tiroid USM və elastoqrafiyası, TSH, sərbəst T4 analizləri 100 AZN deyil, 59 AZN olacaq.

 

Felboloq, professor Məhəmməd Kərimov tərəfindən vena və varikoz xəstələrinin müayinə və müalicəsinə də endirim olacaq. İlk dəfə qəbula gələn vətəndaşlar ödənişsiz müayinə ediləcək, müalicədə isə 30% endirim olunacaq.

 

Plastik cərrah Mirsaleh Abdullayev tərəfindən xəstə müayinəsi pulsuz, əməliyyatlara isə 20% endirim olacaq. 
Qeyd edək ki, bu kampaniya martın 15- dən aprelin 15 –nə qədər davam edəcək.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı