AZ RU EN WEBMAIL
Elanlar
09.01.2019
Elmi işlə məşğul olanların nəzərinə!

14, 21, 28 yanvar 2019-cu il saat 1000-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında doktorant, dissertant və elmi işlə məşğul olan iddiaçılar üçün “Tibbi statistika” dan mühazirələr keçiriləcək. Mühazirələr klinikanın 2-ci mərtəbəsi 201-ci otaqda aşağıdakı mövzular üzrə keçiriləcək.

 

Tibbi statistikaya giriş. Tibbi statistikanın tibbi və bioloji elmlərdə yeri. Statistik hipotezdən tibbi və bioloji obyektlərin statistik üsullarla öyrənilməsinə keçid. Böyük ədədlər qanunu.

 

Obyektin keyfiyyət və kəmiyyət göstəriciləri. Sıfır hipotezi. I və II növ xətalar.

 

Yığımlar. Baş və seçmə yığımlar. Seçmə yığım üsulları. Qaydalı, qaydasız, kor, ikiqat, üçqat kor seçim. Paylanmanın növü. Tibdə və biologiyada geniş istifadə olunan paylanma qanunları. Normal paylanma. 3 siqma qaydası. c2 paylanması. Stüdent paylanması.

 

Variasiya analizi. Orta göstəricilər. Variasiya sıralarinin müqayisəsi. Qrupdaxili (d-Stüdent, W-Wilkoson və b.), qruplararası (t-Stüdent, U-Mann-Whitney, KU-Kraskel-Wollis və b.) müqayisələr.

 

Dispersiya analizi. Ümumi, faktorial və qalıq dispersiya. Birfaktorlu, ikfaktorlu və çoxfaktorlu dispersiya analizləri. ANOVA testi, Fişer meyarı. Keyfiyyət  əlamətləri üçün dispersiya analizi. Faktorun nəticəyə təsir gücü. Snedekor meyarı.

 

Diskriminant analiz. Testin spesifikliyi və sensitivliyi. ROC əyriləri. “Cut of point” nöqtələri.

 

Korrelyasiya analizi. Xətti və qeyri-xətti korrelyasiya. Pirsonun korrelyasiya əmsalı. Ranqlı Spirmen korrelyasiyası.

 

Reqressiya analizi. Xətti, hiperbolik, polinomial, loqarifmik, eksponensial reqressiyalar. Addım-addım xətti reqressiya analizi.

 

Klaster analizi. “Yaxın qonşu”, “Qruplararsı əlaqə” modelləri. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı