AZ RU EN WEBMAIL
Elanlar
12.03.2018
Həmkarların nəzərinə!

Rezidentlərimizin çoxsaylı xahişlərini nəzərə alaraq, ATUREK 6 üçün tezislərin qəbulunu 15.03.2018 tarixinə qədər uzatdığımızı bildirmək istəyirəm. Bütün klinik bazaların rezidentlərini və elmi rəhbərləri ATUREK 6-da fəal iştirak etməyə dəvət edirik. ATUREK 6 müddətində keçiriləcək treninglərin proqramı və qeydiyyatı aprel ayında olacaq.
Tezislər aşağıdakı qaydalara əməl etməklə tərtib edilməlidir:
• 300 sözdən çox olmayan həcmdə (başlıq istisna olmaqla);
• Times New Roman 14 (AZ) şriftində;
• Azərbaycan, rus və ya ingilis dilllərində;
• Tezisin bəndləri və onların ardıcıllığı:
o tezisin başlığı;
o tezisin müəllifləri, işin rəhbəri;
o tezis müəlliflərinin çalışdığı müəssisə;
o açar sözlər;
o giriş;
o tədqiqatın məqsədi;
o material və metodlar;
o nəticələr (bu bölmədə ½ səhifədən böyük olmayan cədvəl və ya şəkil verilə bilər);
o müzakirə.

Tezislər konfransın katibliyinə təqdim olunmalıdır.
Tezislər (çap olunmuş və elektron variantda) 15.03.2018-ci il tarixinə qədər, saat 08:30-16:30 arasında, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının V mərtəbəsində II pediatriya şöbəsində qəbul edilir. Müəlliflərdən telefon nömrələrini təqdim etmələri xahiş olunur. Əlaqə nömrələri: mobil 0503153671; iş 012 441 33 18 .E-mail: aturek6@gmail.com

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı