AZ RU EN
Elanlar
06.10.2017
"Elektron təhsil" respublika müsabiqəsi başladı

Təhsil Nazirliyi "Elektron təhsil" respublika müsabiqəsinə start verib. Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunan müsabiqə "Müəllim", "Şagird" və "Tələbə" istiqamətləri üzrə müxtəlif nominasiyalarda təşkil olunacaq.

Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsulları təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçirilir. "Müəllim" istiqaməti üzrə nominasiyalar bunlardır:

- Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs;

- Təhsildə ən yaxşı internet resursları;

- Beynəlxalq və regionlararası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi;

- Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası.

Tələbə istiqaməti üzrə nominasiyalar bunlardır:

- Ən yaradıcı startap ideya.

Müsabiqədə iştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı