AZ RU EN
Elanlar
25.08.2017
Təlimdə iştirak etmək istəyənlərin nəzərinə!

“Dəri tikişləri. Nəzəriyyə. Praktika” mövzusunda master-klass keçiriləcək

Avqustun 29-30-da HekimTap-ın və Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının birgə təşkilatçılığı ilə “Dəri tikişləri. Nəzəriyyə. Praktika.” adlı master-klass keçiriləcək. Təlim Avropa Plastik, Rekostruktiv və Estetik Cərrahiyyə Kollegiyasının üzvü Uzm. Dr. İlyas Axundzadə tərəfindən aparılacaq.

Təlimin ilk günündə nəzəri və praktiki bölümlərdə uyğun mövzularda məlumatlar veriləcək. Nəzəri bölümdə dəri quruluşu, yara növləri, yara 
sağalması, yaranın qızıl periodu və ilkin cərrahi işləməsi; Tikiş göstərişləri və əks göstərişləri. Tikiş növləri. Qayçı, pinset və iynətutandan istifadə etməsi. Təhlükəsizlik texnikası və digər məsələlərə dair müzakirələr aparılacaq.
Praktiki bölümdə isə xarici düyünlü tikişlər, Dərialtı (dermal) düyünlü tikişlər., iynənin giriş - çıxış yerləri işarələnmiş süngər üzərində nümayişi, Sadə kəsilməz tikiş, İntradermal tikişlə bağlı məlumat veriləcək.

Təlimin ikinci günündə aşağıdakı mövzuda nəzərə məlumatlar açıqlanacaq: yerli keyləşdirmə anlayışı, dərmanlar, tətbiq protokolu, fəsadlar və onların aradan qaldırılması; dodaq, göz, qaş, burun dəlikləri və qulaq tikilməsinin xüsusiyyətləri. Aseptika və antiseptika haqqında əsas anlayışlar. Bu bölümdə o cümlədən, cərrahiyyədə nizam-intizam anlayışı; subordinasiya; cərrah asistentinin funksiyaları haqqında məlumat veriləcək.

Praktiki bölümə yaranın antiseptik məhlulu ilə təmizlənməsi və 
cərrahi əlcəkdə tikiş tətbiqi nümayiş etdiriləcək. Həmçinin, assistentin iştirakilə yara tikilməsi, “qan” (boya) ilə islanmış süngər üzərində yaraların tikilməsi və asistentin yaranı tampon ilə qurutması barədə praktik bilgilər veriləcək.

Master-klassın sonunda yekun imtahan götürüləcək və nəticələrə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim olunacaq. 
Təlimdə həkimlər, rezidentlər və tibb tələbələri iştirak edə bilərlər. tədbir Azərbaycan dilində keçiriləcək, sual-cavab bölməsində isə əlavə olaraq rus dilində də fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, təlim ödənişlidir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı