AZ RU EN
Elanlar
10.08.2017
Azərbaycan Tibb Universitetinə qəbul olanların nəzərinə!

Sənədlərin qəbulu 15-25 avqust tarixləri saat 10:00-dan 17:00-dək aparılır.

Ünvan: Bakı şəhəri, Nəsimi Rayonu, Səməd Vurğun küçəsi 165. (ATU-nun 5 saylı tədris binası)

Qeyd edək ki, saat 13:00-14:00 nahar fasiləsidir.

 

Azərbaycan Tibb Universitetində yeni tələbələrin qeydiyyatına başlanılır. Qeydiyyat üçün aşağıdakı sənədlərin olması vacibdir:

1. Orta təhsil haqqında sənəd (attestat)
2. 4 foto (ölçü 3x4sm) 
3. Sağlamlıq haqqında tibbi arayış 
4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün) 
5. Şəxsiyyət vəsiqəsi və surəti 
6. Tələbənin iş nömrəsi və ya mail adresi

 

Məcburi köçkün ailəsindən olan tələbələr üçün lazım olan sənədlərin siyahısı:

1. Abituriyentin məcburi köçkünlük və şəxsiyyət vəsiqələrinin özü və surətləri

Şəhid ailəsindən olan tələbələr üçün lazım olan sənədlərin siyahısı:

1. Şəhid ailəsinə mənsub olması haqqında vəsiqənin və surəti (abituriyentin adına) 
2. Doğum haqqında şəhadətnamə və surəti 
3. Şəxsiyyət vəsiqəsinin özü və surəti

 

Valideyn himayəsindən məhrum olan tələbələr üçün lazım olan sənədlər:

1.Valideynin ölüm haqqında şəhadətnaməsi və surəti 
2. Valideynin I və ya II qrup əlilliyi haqqında sənəd 
3.Abituriyentin doğum haqqında şəhadətnaməsi və surəti 
4.Şəxsiyyət vəsiqəsinin surəti

 

Azərbaycan Respublikası əzari bütövlüyününün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverənliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədra itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilənlərin övladlar :

1.Valideynin ölüm haqqında şəhadətnaməsi və surəti 
2. Valideynin əzari bütövlüyünü uğrunda döyüşlərdə almış xəsarət nəticəsində əlil olması haqqında Dövlət Tibbi-Sosial ekspertoza və reabilitasiya xidməti (DTSERX) tərəfindən verilən sənəd 
3. Abituriyentin doğum haqqında şəhadətnaməsi və surəti 
4 Şəxsiyyət vəsiqəsinin surəti

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı