AZ RU EN
Elanlar
01.05.2017
«Tibbi-bioloji profilli mütəxəssislər üçün Web of Science platformasının imkanları” elmi-metodiki seminar keçiriləcək

Mayın 4-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Web of Science qlobal elmi bazasının effektiv tətbiqi ilə bağlı seminar keçiriləcək. Seminarda təlimçi qismində Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı İrina Aleksandrovna Tixonkova iştiak edəcək. İ.Tixonkova akademiya nəzdindəki institutların “Biopolymers and Cell” jurnallarının redaksiya rəhbəridir.

«Tibbi-bioloji profilli mütəxəssislər üçün Web of Science platformasının imkanları” elmi-metodiki seminar platformanın abunəçilərinin dəstəklənməsi çərçivəsində baş tutacaq. Tədbirdə proqramdan maksimal effektiv istifadə qaydaları ilə bağlı lazımi məlumatlar açıqlanacaq. Tədbirdə həmçinin Azərbaycan Tibb universiteti əməkdaşlarının beynəlxalq nəşrlərdə dərc olunmuş uğurlu iş nümunələri müzakirə olunacaq, bu sahədə yaranan probemlər və onlardan çıxış yolları müzakirə olunacaq.

Qeyd edək ki, beynəlxalq səviyyədə tanınmış Web of Science bu portala müxtəlif sahələrdə - təbiət, ictimai, humanitar elmlər və mədəniyyət üzrə 12 min jurnal və 148 min konfrans materialı yerləşdirilib. Bu bazada elm adamlarını maraqlandıran bir çox məsələlər barədə hər cür məlumatları, elmi istinadları, sənədləri, konfrans materiallarını tapmaq mümkündür.

-Maraqlanan şəxslər ATU-nun Tədris Terapevtik Klinikasının Tibbi İnformasiya Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Ünvan: Bakı şəh.,Nəsimi ray., Mərdanov qardaşları küç.,1001-ci məhəllə.
Telefon: (+994 12)441-33-18 (dax.nöm. 207)

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı